Heydər Əliyev Fondunun, Mstislav Rostropoviç Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Bakıda 4-10 dekabr tarixlərində V Beynəlxalq Rostropoviç Festivalı keçiriləcək. Festivalda Rusiya, Belçika, ABŞ, Almaniya, Cənubi Koreya, Fransadan olan dünya şöhrətli musiqiçilər və kollektivlər iştirak edəcəklər. Onların arasında Dmitri Yurovski, Viktor Tretyakov, So Younq Yoon, İqnat Soljenitsin, Vsevolod Quzov, Lourens Foster, Nijni Novqorod simfonik Orkestri, Qalina Vişnevskayanın Opera Mərkəzi, Antverpen Simfonik Orkestri, Ensemble Orchestral de Paris və Jan İv Tibode da olacaq.
V Beynəlxalq Mstislav Rostropoviç Festivalının açılışı dekabrın 4-də Heydər Əliyev Sarayında baş tutacaq. Flamand Kral Operasının Orkestrinin geniş konsert proqramı təşkil olunacaq. Bədii rəhbər və baş dirijor məşhur dirijor Dmitri Yurovskidir.
Saat 19:00-da başlayacaq konsertlərin biletləri 5-15 manat arasında satışa çıxarılıb.