Qoç - zirək olmaq istəyirsinizsə, öz üzünüzü başqalarının aynasında görməyə çalışın. Sizin üçün dəyərli olan nəsnələr - hisslər, münasibətlər, maddi vəsait və resurslar bu gün sınağa məruz qalacaq. Rəqiblər və bədxahlar sizə paxıllıq edirlər.
Təmkinli və ehtiyatlı olun, nəyisə aktiv şəkildə dəyişməyə çalışmayın.
Karmik düyünlər aşkarlanacaq, önəmli münasibətlərin məğzinə yeni baxışa imkan verən hadisələr baş verəcək.
Qərarları siz qəbul edirsiniz. Amma tərəfdaş, iş yoldaşı və ya şərikin reaksiyasına diqqətlə fikir verin.
Fəaliyyətin gərgin ritminə riayət etmək üçün istirahət etməyi də unutmayın.
Buğa - gözləntilərinizdə aldanmayın. Tələb, iddia səviyyəsini aşağı salın. Adətən problemlər və anlaşılmazlıqlarla qarşılaşdığınız görüşə qatılmayın.
Hisslər və emosiyalar müstəvisində böhran var. Soyuma, uzaqlaşma, son vaxtlara qədər sizə ən önəmli olan insana və ya obyektə marağın itməsi mümkündür. Ümumi iş və hətta çətinliklərin sizi birləşdirdiyi insanla ünsiyyət daha asan olacaq.
Yanlışlıqlar və səhvlər üzərində birgə iş situasiyanı tədricən düzəldəcək, soyuqluğu aradan qaldıracaq, yaxınlaşmaya səbəb olacaq.
Şəxsi işlərə, maraqlandığınız sahələrə və gəlir mənbələrinə diqqət ayırmaq üçün yaxşı vaxtdır.
Əkizlər - ehtiyatlı və sayıq olun. Tələbat və iddialar nə qədər yüksəkdirsə, səhv riski bir o qədər çoxdur. Şəxsi münasibətlərdə güzəştə gedin, səbrli və təmkinli olun.
Baş verənləri ifrat dərəcədə dramatikləşdirməyin. Yaşamın ritm və stilini dəyişmək imkanını itirməyin. Yerinə yetirilməsi çətin olmaqla yanaşı, mənasız işləri bir kənara qoyun, uğurun real olduğu işə başlayın.
Əsəblərinizi tarıma çəkməyin, iş zamanı yetərincə istirahət edin.
Hisslərinizdə qarışıqlıq ola bilər. Düşünülməmiş addımlar atmayın.
Xərçəng - münasibətlərdə problemlər yarana bilər. Lüzum olduğundan artığın istəyi, tələbi yolverilməzdir.
İnadkarlıq etməyin. Həddən ziyadə özünəinam səhvlərə səbəb ola bilər. Emosional fon stabil deyil, sonucları təxminləmək çətindir.
Hərəkətlərinizə və sözlərinizə diqqət yetirsəniz, mənfi məqamları müsbətə çevirmək olar. Mühüm məsələlərin həllinə yaxın ətrafınızdakı insanları cəlb edə bilərsiniz.
Axşam saatlarında yorğunluq hissi yaranacaq. Bu vaxta mühüm heç nə planlaşdırmayın. Sadəcə, dincəlin.
Şir - mürəkkəb, qarışıq zamandır. Baş verənlər ciddi olaylardır. Yaşananlardan nəticə çıxarın. Hansısa nəticələrə gələrək sonucları təhlil əldə etməyə çalışarkən təmkinli və soyuqqanlı olun.
İstiqamətləri dəyişmək, yeni yönlər seçmək vaxtıdır. Hansısa əlaqələri unutmaq, yaddan çıxarmaq gərəkdir, çünki qarşıda yeni mərhələ var. Bu gün nəyisə köklü şəkildə dəyişməyə çalışmayın. Lakin yaşamın nişanə və siqnallarına diqqətli olun.
Yaxın qohumlardan və ya qonşulardan biri ilə münaqişə riski var.
Ev işləri və ya işdəki tapşırıqla təkbaşına məşğul olun. Qəfil həll variantı, yeni ideyanın gəlməsi istisna deyil.
Ezamiyyət, səfər, səyahət üçün əlverişli gün deyil.
Qız - özünütənqid güclənir. Zahiri görkəm, görülən iş və ya ümumiyyətlə, sosial statusla bağlı narazılıq yarana bilər. Dəyişiklik, yenilik istəyi var.
Fəaliyyət sahəsində yenilənmə etmək olar.
Eyni məsələ ilə bağlı mövqeyiniz heç bir səbəb, motivasiya olmadan dəyişə bilər. İstəklər nə qədər güclü olarsa, bir o qədər ehtiyatlı davranmaq gərəkdir.
Səhvlərə yol verməmək üçün sayıq olun. Bütün diqqəti işə yönəldin və belə olarsa, gərəkli effekt əldə edə bilərsiniz.
Günü məhsuldar, mənfəətli keçirməyə çalışın.
Yaxın ətrafınızdakı insanlarla davranışda, söhbətlərdə emosional olmayın, onların xətrinə dəyməyin.
Güzəşt və kompromisslərdə xeyir var.
Axşam saatlarında açıq havada gəzintiyə çıxın.
Tərəzi - daxilən etiraz etdiyiniz, sizdə müqavimət hissi yaradan işi bu gün görməli olacaqsınız. Önəmli gündür, səvhlərin perspektivdə ciddi nəticələri ola bilər.
Hüquq və haqlarınızı kimsə pozursa, müdafiə olunun. Qətiyyətli, amma təmkinli davranın. Mövqelərinizi qoruyun, əlaqə və münasibətləri, önəm verdiyiniz məqamları hifz edin.
Səhhətlə bağlı problemlər, əhvalın dəyişməsi istisna deyil.
Təmaslar və ünsiyyəti minimuma endirin. Bununla belə, yeni perspektivlər vəd edən məqamları nəzərdən qaçırmayın. Yeni planları düşünün, informasiya toplayın.
Əyləncə və səs-küylü tədbirləri sabaha saxlayın.
Əqrəb - gərginliyin artacağı gündür. Sakitliyi və rəvan davranışı qorumaq çətindir. Bütün diqqətinizi bir işə yönəltsəniz, başqa, mühüm məsələyə nəzarəti əldən verə bilərsiniz.
Təhlükəsizlik təminatı ilə bağlı nigaranlıq yarana bilər. Güclü potensiala malik gündür. Ehtiyatlı davranın. Travma, zədə, qəza, yaxın ətrafdakı insanlarla münaqişə riski var.
Münasibətləri aydınlaşdırmağa yönəlmiş söhbətlər mənasızdır, çünki hər tərəf öz fikrində qalacaq.
Əndişə və narahatlığınızı anlayan insan tapılmasa, sakit məkan seçin, yaradıcılıq potensialınızı reallaşdırmağa çalışın.
Oxatan - sürətlə inkişa edən və energetika baxımından zəngin olan situasiyalar sizin üçün önəmli olan insanlarla münasibətlərdə müəyyən problemlər yarada bilər.
Emosional və hisslərə söykənən münasibətlərdə sayıq olun. Daxilinizdəki təbəddülatlı istəklərlə müxtəlif emosiyaların zahiri təzahürlərini uyğunlaşdırmaq çətindir.
Yaxın ətrafınızdakı insanlara birbaşa təzyiqlər, sərt açıqlamalar və tənqidlərə yol verməyin.
Yeni münasibətlərə başlamaq, yaşamda ciddi dəyişikliklərlə bağlı qərar qəbul etmək üçün əlverişli gün deyil.
Dünən başladığınız işi başa vurun, iş yeri və ya evdə səhman yaradın.
Alış-verişdə bədxərclik etməyin.
Oğlaq - zahiri fors-majora rəğmən, qüvvələrinizi qoruyun, emosional davranmayın. İşlər öz axarında gedir. Sadəcə, onlara gərəkli yön verin.
İşdə həddən ziyadə çalışmayın. Bəzi işlərdə sonradan bərpa və ya təmir ilə məşğul olmamaq üçün süni təkanlardan istifadə etməyin.
Cari işlərlə məşğul olun, ünsiyyəti minimuma endirin.
Mühüm iş baş verəcəksə, təşəbbüskar olmayın. Prioritetlərin dəyişməsi, yeni məşğuliyyətlərə maraq istisna deyil. Hələ ki, tələsməyin.
Baş verənləri anlamağa, əlavə informasiya və məlumat aramağa çalışın.
Dolça - çətin gündür. Qeyri-müəyyənlik, cəhdlərin ziddiyyəti və istəklərin qarışıqlığı yarana bilər. Ani istəkləri unudun, perspektivləri düşünün.
Seçimin çətinliyi yeni istiqamətdə hərəkətə başlamağınıza rəvac verəcək mühüm addımı atmağa mane olmamalıdır.
Mürəkkəb situasiyalarda münasibətlərin aydınlaşdırılması prosesini uzatmayın. Fəaliyyət yönünü sürətlə dəyişin.
Perspektivlər dumanlı olsa da, qarşılıqlı fəaliyyət hələlik alınmasa da, güzəştə getməyi bacarın. Səhvləri aradan qaldırmağa vaxt olacaq.
İndi əsas məsələ gərginliyi aradan qaldırmaq və kompromisli həll variantını tapmaqdır.
Balıqlar - maddi sərfiyyat və xərclər tələb edən planlarınız var. Gəlir mənbələrinin sayını artırmaq və mümkün qədər az vaxt sərf edərək çox iş görməyin yollarını düşünün.
Maraq dairəniz genişlənir. Pozitiv və neqativ məzmunlu stresslər istisna deyil.
İnformasiya axtarışı, məlumatların artırılması və bilik səviyyəsinin yüksəldilməsi üçün uğurlu gündür.
Axşam saatları yaxşıca dincələrək daxili imkanları bərpa edin, batininizdəki müvazinət hissini pozulmağa qoymayın.
İşlədiyiniz yerdə qayda, evdə nizam yaradın.
Normal qidalanın.
Milli.Az