Vəsaitlər:
Yarım litr süd
100 qr şokolad
70 qr sütlü şokolad
50 qr ağ şokolad
Yarım çay qaşığı darçın
1 tutam duz
Üzəri üçün
100 ml çırpılmış krem
Kakao
Hazırlanması:
Südü qaynama nöqtəsinə gəlmədən istilədin.
Qazdan götürüb üzərinə şokoladları, darçını və duzu əlavə edib əriyənə qədər qarışdırın.
Kremi mikserlə çırpın.
Kremi sıxma torbasına alıb, isti şokoladın üzərinə sıxın.
Kakao səpib isti - isti servis edin
Nuş olsun!