Amerikalı müğənni Madonna Malavidə tikdirdiyi məktəblərə baş çəkib.
Amerikalı müğənni, 54 yaşlı Madonna Afrikadakı Malavi dövlətində yerləşən on məktəbə baş çəkib.
Bu məktəbləri pop-kraliça öz hesabına inşa etdirib və onların bütün xərclərini ödəyir.
Müğənni məktəbləri gəzməyə Kasunqu şəhərindəki Nikoko ibtidai məktəbindən başlayıb.
Məktəblərdə 4 min şagird oxuyur. Balacalar Madonna üçün mahnı oxuyublar, dünya pop-musiqisinin ulduzu da onlara malavililərin dilində “Zikomo!”, yəni “Sağ olun!” deyib.
Madonna hər məktəbdə parta arxasında uşaqlarla birlikdə oturub.
Madonnanın övladlığa götürdüyü Devid Banda və Mersi Ceyms də Malavidə doğulublar.
O, Devidi 2006-cı, Mersini isə 2009-cu ildə övladlığa götürüb.
Madonna yerli hakimiyyət dairələrinə vəd verib ki, uşaqlarına vətəni unutmağa imkan verməyəcək və hər iki-üç ildən bir onları Malaviyə aparacaq.
Göründüyü kimi, diva sözünün üstündə dayanıb.
Gün.Az