Cüdoçularımız beynəlxalq festivalda qalib gəldi
5.4.2013

Sankt-Peterburqda 18-ci uşaq cüdo festivalı keçirilib.

Azərbaycan idmançıları ikisi yüksək əyarlı olmaqla 7 medal qazanıblar.

Qaliblər İsa Sadıqlı (55 kq), Mahir Sazairov (60 kq yuxarı) olub. Yarışın gümüş mükafatlarını Cavid Məmmədli (50 kq), Cəlal Məmmədli (66 kq), bürünc mükafatlarını isə Elşən Hacıyev (42 kq), Cavidan Hüseynli (50 kq) və Ruslan Hacızadə (60 kq) qazanıblar.

Gün.Az