Klinik Tibbi Mərkəzdə müalicə olunan yazıçı Rafiq Tağı bu gün dünyasını dəyişib. Bu barədə açıqlamasında xəstəxananın baş həkimi Tərlan Bəbirov bildirib.
Baş həkimin müavini Adil Salahov isə deyib ki, yazıçı təxminən saat 15.20 radələrində vəfat edib. Vəziyyəti qəflətən pisləşən xəstədə qusma baş verib. Yaxınlarının da iştirakı ilə həkimlər R. Tağını təcili reanimasiya şöbəsinə yerləşdiriblər. Zəruri masaj və digər müdaxilələrə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.
Allah rəhmət eləsin.