Hər kəsi "Kapellhaus" Almaniya -Azərbaycan Mədəniyyət Cəmiyyətinin
təşkil etdiyi Alman Milad Bazarına dəvət edirik. Burada bayram
atmosferində və əla dekorasiyalarla siz əsl qızardılmış alman sosisləri,
kartof salatı, tünd şərab, cürbəcür alman şirniyyatları, peçenye, vafli
və şokalad dada bilər, lotereyada iştirak edib maraqlı priz qazana
bilərsiniz. Bazardan yığılan vəsait xeyriyyə layihəsi çərçivəsində
Azərbaycanın uşaq evlərinə veriləcək.
Tədbirin cədvəli:
12:00- Uşaq tamaşasının çıxışı ilə açılış
14:30- Santa Klaus
16:00- Lotereya
Giriş pulsuzdur.