Uqandada qısa yubka da daxil olmaqla "abırsız" paltar geyinənlərə qarşı sərt qanun layihəsi irəli sürülüb.
Yeni qanun layihəsində ictimaiyyət arasında dizdən yuxarı ətək geyinənlərin həbs edilməsi təklif edilir.
Uqandalıların çoxu bu təklifə qarşı çıxsalar da, ölkənin Əxlaq və İnteqrasiya nazirliyi qanun layihəsini müdafiə edib. Nazir insan bədəninin intim hissələrini açıqda qoyan istənilən paltarın qadağan ediləcəyini bildirib.
Pornoqrafiya əleyhinə nəzərdə tutulmuş qanun layihəsi Uqanda kütləvi informasiya vasitələri və əyləncə dünyasında pornoqrafik materialların və çılpaqlığın kəskin artdığını bildirir və pornoqrafiyanı yayan şəxslərin 3800 dollara qədər cərimələnməsini və ya 10 ilə yaxın azadlıqdan məhrum edilməsini tələb edir.
Nazir həmçinin Biyons, Madonna kimi açıq-saçıq geyinənlərin də televiziyada nümayiş etdirilməsini qadağan edəcəklərini bildirib.
ANN.Az