Yazda sürətlə arıqlamaq üçün pəhriz
8.4.2013

Qış boyu aldığımız kiloları yazda mütləq vermək lazımdır. Nazik geyimlərdə gözəl bədən quruluşunu göstərmək üçün yediklərimizə fikir verməli, yağlı yemək və şirniyyatlardan uzaq durmalıyıq. Tez arıqlamaq istəyənlər isə razyana pəhrizinə əməl edə bilər.

1. Ac olduğunuz zaman razyana çeynəyin. O, iştahanı öldürür.

2. Razyana toxumlarını təxminən bir stəkan suda qaynadıb, soyuduqdan sonra için. Bu çay pəhrizi orqanizmdən artıq suları kənarlaşdırıb, əsəbləri sakitləşdirir.

3. Razyana kökünü doğrayıb, üzərinə bitki yağı və limon şirəsi sıxmaqla, ətirli,dietik salat hazırlamaq olar.

4. Razyana yağı antisellülit məqsədilə istifadə olunur. Yağa bir qədər duz əlavə edib, problemli yerlərə çəkilir. Bu, qan dövranını sürətləndirərək, piy toxumalarını kənarlaşdırır və dərini yumşaq edir.

Publika.Az