Günün qoroskopu
9.4.2013

Qoç - dayanın, fasilə edin, ətrafınıza diqqətlə baxın. Yeni orientirlərin seçilə biləcəyi gündür. Qəfil informasiya və ya tamamilə yeni mövzu, hadisədə iştirak sizi gözləyir.

Daxili gərginlik və iddiaların səviyyəsini azaltmağa çalışın. Bu günün hadisələri sınaqdır. Məhz onların sayəsində indi diqqət mərkəzinizdə olan insan və ya nəsnənin gerçək dəyərini anlaya biləcəksiniz.

Səhhətinizə fikir verin.
Axşam saatlarında açıq havada gəzintiyə çıxın.

Buğa - yeniliklər günüdür. Dəyişikliklərə xüsusi ehtiyac duyursunuz. Hisslərinizi konstruktiv və açıq şəkildə izhar edin. Problemlərdən uzaqlaşmayın.

Şərait tələb edirsə, yaxın ətrafınızdakı insanların suallarını cavablayın. Əks halda mühüm mövzu təxirə düşə bilər və siz münasibətlərdə, işgüzar həyatda keyfiyyətcə yeni mərhələyə keçmək şansını əldən verə bilərsiniz.

İmicinizi yeniləyin. Səy və cəhdlər tələb edən yeniliklər xüsusilə faydalıdır.
Çoxdan bəri almaq istədiyiniz əşyanın əldə olunmasını təxirə salın.

Əkizlər - fəaliyyətinizə məhdudiyyət tətbiq etməyin. Emosional müstəvidə əhvalınızın dəyişməsi, səbəbsiz təlaş, depressiya, baş verənlərin bədbin ruhda anlaşılması mümkündür.

Belə hisslərdən qurtulmaq üçün cari işləri yerinə yetirin, fikir və təhlillərə vaxt qoymayın.
Bu gün yaranan qayğılar xüsusi diqqət tələb edir.

Situasiyaya heç bir müdaxilə olunmazsa və ya problemlərin həlli təxirə salınarsa, çətinlik daha da böyüyəcək. Belədə problemin həllinə daha ciddi səylər sərf etməli olacaqsınız.

Yaşanan olayları, alınan məlumatı ciddi təhlil edin. Sonrakı addımlarla qərarların bazisi məhz bu təhlillər ola bilər.

Xərçəng - şərait, tələbat və durum dəyişir. Həyata fəlsəfi yanaşın, təmkinli olun. "Bu da keçər!" deyimini xatırlayın. Tərəfdaşlıqla bağlı amillərə tələbat güclənir.

Münasibətlərdə yaranan problem narahatlıq hissi yarada bilər. Həmin müşkülü dərhal, təxirəsalınmaz şəkildə həll etmək gərəkdir.

Şərikli mülkiyyət, mirasla bağlı problemlər istisna deyil. Belə zamanda kimsə itirir, kimsə tapır. Yaşam şərtləri sizdən güzəşt tələb edirsə, razılaşın.

Narahat olmayın, itirilən mövqelər tezliklə bərpa olunacaq. Ola bilər ki, başqa müstəvidə, amma sizin üçün heç də az önəmli olmayan bir tərzdə...

Şir - təşəbbüskarlıq etməyə tələsməyin. Gün ərzində baş verən hadisələr və yaranan situsiyaların özləri başa çatdırılmasına ehtiyac duyulan məsələni ön plana çıxaracaq.

Tənbəllik, laqeydlik, süstlük nümayiş etdirməyin, sizdən nə tələb olunduğunu anlayın. Şəxsi münasibətlər üçün çətin gündür.

Mühüm qərarın qəbul edilməsinə zərurət yarana bilər. Nəyisə itirə bilərsiniz. Fəqət, qəlbiniz və hissləriniz üçün çox önəmli olanı qoruyun. Yaxın adamlarla münasibətlərdə mümkün qədər yumşaq, həlim davranın.

Maliyyə və pul məsələlərində ehtiyatlı olun. Emosiyaların qurbanı olmayın. Bahalı, amma faydalı olmayan əşya almayın.

Qız - gərgin gündür. Sizə maneələr yaradan məqamları araşdırmağa və müəyyənləşdirməyə çalışın. Gərəksiz əşyalar və emosiyalardan qurtulun.

Belədə yeni planların həyata keçirilməsi üçün daha böyük manevr imkanları yaranmaqla yanaşı, yaşam arealınızda nizam bərqərar ola bilər.

Alış-veriş üçün uğurlu gün deyil. İri məbləğdə məsrəflər sonradan pərişanlıq yarada bilər.
Hər şeyi ürəyinizə salmayın, təmasları bir qədər məhdudlaşdırın. Yaxın ətrafınızdakı insanlarla ünsiyyətdə diqqətli və həssas olun.

Sizə doğma insanların problemlərindən hali olun, onlara yardım edin, məsləhət verin. Dostlar və qohumlarla ünsiyyətdə müvazinəti, balansı qoruyun.

Tərəzi - qarışıq, laübəli gündür. Kənar hadisələr və ya yad təsirlərin güclü təzyiqinə məruz qala biləcək dəyərlərlə hissləri aydınlaşdırmaq üçün görüşə, ya da söhbətə kəskin ehtiyac var.

Xoş olmayacaq məqamın aydınlaşacağı, yaxud da kiminsə sizin rahatlığınızı poza biləcəyi gündür. Hadisələrin ənənəvi məcrası dəyişir.

Günün ikinci yarısında xoş olaylar yaşanacaq. Borc qaytarılacaq, həddən artıq önəmli hesab etdiyiniz məsələ və ya insanla bağlı təlaşınız, nigaranlıq və ya narahatlığınızın əsassız olması ilə bağlı çoxdan gözlədiyiniz məlumatı alacaqsınız.

Deyilən və eşidilənlərlə müqayisədə hisslərlə intuisiya daha çox effekt verəcək.

Əqrəb - aktual və konkret mövzu ilə bağlı mövqenin, baxış bucağının dəyişəcəyi, başqa forma alacağı gündür. Nədənsə imtina etməli olacaqsınız.

Bununla bahəm, qəfil və gözlənilməz halda nəyəsə can atacaqsınız. Davranış və hisslərinizə nəzarəti itirməyin, ehtiyatsız sözlər deməyin, düşünülməmiş əməllərlə çılğın addımlara yol verməyin.

Təmayüllər gərgin situasiyanı rahatladacaq, daha rəvan edəcək.
Əks cinsin təsiri güclənir. Yaxın saydığınız insanın cəlb olunacağı intriqanın yaranmasına imkan verməyin. Həyatınızda yeni peyda olan insanın sizin üçün necə önəm kəsb etdiyini düşünün.

Dağıdıcı enerjini yaşam arealınızı təmizləmək və köhnə hisslər, gərəksiz əlaqələrdən qurtulmağa imkan verən plana yönəltməyə çalışın.

Oxatan - önəmli dəyişikliklər və yeniliklər zamanıdır. Görüşlər və vidalaşmalar həyatınızda köklü yenilənmələrə rəvac verən situasiyalara təkan verə bilər. Sizə yad insana çevrilən şəxslə vidalaşmaq vaxtı çatıbsa, hisslərinizi gizlətməyin.

İstək, tələbat və hisslərinizə nəzarət edin. Xoş dəyişikliklər astanasındasınız. Arzu edin, xəyallar qurun, ideyaların generasiyasına başlayın, faydalı əlaqələr dairəsini genişləndirin.

Bütün bunlar karınıza gələ bilər. Fəqət, hiss və fikirlərinizi aşkarlamayın, gərəksiz etiraflara qapılmayın. Mövqeyinizi yaxın ətrafınızdakı insanlara təlqin edərək onları nə iləsə zorla razılaşmağa "dəvət" etməyin.

Şərtlər sizi adət etmədiyiniz və bəlkə də, istəmədiyiniz rolu oynamağa vadar edə bilər.

Oğlaq - cari hadisələrin, yaşanan olayların çərçivəsində olun. Gərginlik və narazılıq, natamamlıq hissi qəti addımlar atmağa vadar edə bilər.

Mahiyyət etibarilə sizə səbr kasasını daşdıracaq damla, qəfil etiraf, informasiya yetər ki, dəyişikliklər və yeniliklərin zəncirvari reaksiyası başlansın. Möhkəm durun, ayaqlarınızın altındakı özülün, müstəvinin parçalanmasına, laxlamasına imkan verməyin.

Yaxın ətrafınızdakı insanlarla müzakirə və söhbətlərin böyük önəmi var. Yetər ki, səbrli, soyuqqanlı və müdrik olasınız. Belədə etibarlı "arxa cəbhə" ilə dəstəyi təmin edəcəksiniz.
Yaşam məkanınızda harmoniya və rahatlıq yaradın.

Gərəksiz hisslər, insanlar, əşyalardan qurtulun, bütün səviyyələrdə yenidənqurmaya başlayın.

Dolça - etiraf etmək istəməsəniz də, belədir: həyat yeni istiqamətdə baxış tələb edir. Adət etdiyiniz, ənənəvi emosional əlaqələr və hisslərə əsaslanan təmaslar köklü dəyişikliklərə məruz qalacaq.

Onlar ya təkmilləşməli, məntiqi olmalı, ya da, ümumiyyətlə, yoxa çıxmalıdır.
Bu gün heç nəyi mürəkkəbləşdirməyə çalışmayın, amma sizə önəmli olan insanlarla təmaslarda yaranan mühüm məqamlardan yan durmayın.

Tələsməyin, aramla davranın, nəyisə sındırmağa və ya sıradan çıxarmağa rəvac olmayın. Emosional situasiyalarda hansısa insan və ya hadisə ilə bağlı düşündüklərinizin hamısını söyləməyin. Əks təqdirdə dayanmaq çətin olacaq.

Zahiri görünüşünüzə və səhhətinizə fikir verin.

Balıqlar - faydalı nə isə almaq və ya borc verdiyiniz insandan pulu ala bilərsiniz.
Səhhətinizdə problem hiss edirsinizsə, müalicəyə və fiziki təmrinlərə başlamaq vaxtıdır.

Vücudunuzun tonusuna fikir verin, profilaktiki tədbirlər sistemini tədbiq etməyə başlayın. Kimsə sizə yardım etmək istəyə bilər.

İşlər çətinləşərsə, təmkinli və səbirli olun, maneələri aramla dəf edin. Başqalarının yanlışlıqları və səhvlərinə görə məsuliyyəti boynunuza almayın. Çətin məsələni həll etmək üçün emosional şəkildə dərhal işə başlamayın.

Sadəcə, izafi və əlahiddə səylər göstərmədən çalışın. Cəhdləriniz və fəaliyyətinizin effektivliyi az olarsa, başqa işə başlayın.

Milli.Az