Aparıcı naviqasiya şirkəti “TomTom” ötən ilin yekunları üzrə nəqliyyatın hərəkətinin ən sıx olduğu dünya şəhərlərinin siyahısını açıqlamışdır.
Məlumata görə, şirkətin hazırladığı nəqliyyatın hərəkətinin sıxlığı indeksində Moskva 66 faizlə siyahının birincisidir. Rusiya paytaxtını 55 faizlə Türkiyənin İstanbul şəhəri izləyir.
Siyahıda sonrakı yerləri Varşava, Marsel, Palermo, Los-Anceles, Sidney, Ştutqart, Paris və Roma şəhərləri tutur.
Şirkətin məlumatına görə, ötən il Avropada nəqliyyatın hərəkətində ən acınacaqlı vəziyyətin yarandığı şəhərlər Lids, İstanbul və Moskva olmuşdur.
AzərTAc