Azərbaycan səhiyyəsində daha bir ilk
9.4.2013

Azərbaycan səhiyyəsində ölkə üçün fəxredici növbəti hadisə baş verib. Artıq xarici ölkə vətəndaşları transplantasiya əməliyyatlarını azərbaycanlı həkimlərə həvalə edirlər.

Belə ki, Gürcüstan vətəndaşı Varlan Çeişviliyə Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasında qara ciyər köçürülüb. Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin müdiri Mircəlal Kazımi ANS PRESS-ə bildirdi ki, Gürcüstandan vətəndaşına qara ciyər köçürülməsi üçün Gürcüstan Daxili İşlər Nazirliyindən birbaşa müraciət daxil olub.

Varlan Çeişvili “Hepatit C”yə bağlı olan qaraciyər xəstəsidir. Onun donoru doğma oğlu olub. Hazırda xəstənin və onun donorunun vəziyyəti yaxşıdır.

ANS PRESS