Azərbaycanda anomal hadisə baş verib. Tərtər rayonundakı toyuq-cücə fabriklərindən birində 4 ayaqlı cücə yumurtadan çıxıb.
Təsərrüfat sahibi Azər Mirzəyevin verdiyi məlumata görə, bir neçə gün öncə yumurtadan çıxan cücə 4 ayağı ilə də hərəkət edə bilir.
"Mən 20 ildir bu işlə məşğulam. Ötən illərdə bir ayaqlı cücə yumurtadan çıxsada, beləsini görməmişdim. O, digər cücələrdən heç nə ilə fərqlənmir və normal qidalanır".
ANS PRESS