Günün ulduz falı
24.11.2011

Qoç - Maliyyə sahəsində yaxşılığa doğru daha çox dəyişiklik gözlənilir. Gəlir əldə etməyə, faydalı sövdələşmələrə ümid edə bilərsiniz. Gəlirlərinizi əhəmiyyətli dərəcədə artırmağa yardım edəcək təkliflər alacansınız. İşdəki əlverişsiz atmosfer məhsuldar fəaliyyətə mane olur. Siz diqqətinizi işə yönəltmək əvəzinə münaqişələri yoluna qoymalı və küsülüləri barışdırmalı olursunuz.

Şəxsi həyatınızda da narahatlıq üçün əsaslar olacaq. Hisslərinizdən baş çıxara bilmirsiniz. Bu gün qəbul etdiyiniz bir çox qərarlar yanlış olacaq.

Buğa - İstənilən məsələyə ciddi münasibət tələb edən kifayət qədər çətin gündür. Cüzi sadəlövhlük vəziyyətin birdəfəlik nəzarətinizdən çıxması ilə nəticələnə bilər. Yardım gözlədiyiniz adamlar sizin tərəfinizdə olmayacaqlar və mənfi tendensiyaların təsiri ilə təkbaşına mübarizə aparmalı olacaqsınız.

Günün ikinci yarısı, birinci yarısı ilə müqayisədə daha uğurlu olacaq. Günün çətin ritminə uyğunlaşın və ortaya çıxan məsələləri necə həll etməli olduğunuzu anlayacaqsınız. Yaxınlarınızdan biri xoş sürpriz bəxş edəcək. Axşam ailə tədbirləri üçün münasibdir.

Əkizlər - Uğurlu gündür. Günün birinci yarısındakı uğurlu danışıqlar gələcəklə bağlı planlarınıza aydınlıq gətirəcək. Hörmət etdiyiniz və dəyər verdiyiniz şəxslərdə işgüzar münasibətlərin qurulması şansı əldə edəcəksiniz. Gün kütləvi çıxışlar və kübar tədbirləri ziyarət etmək üçün münasibdir.

Çoxlu vacib və maraqlı hadisələr baş verəcək. Bu baxımdan, heç də bütün Əkizlər yaxınlarına kifayət qədər diqqət ayıra bilməyəcəklər. Xoşbəxtlikdən, buna görə sizdən heç kim inciməyəcək. Siz əldə etdiyiniz qələbələrə və önünüzdə açılan yeni imkanlara sevinəcəksiniz.

Xərçəng - Əgər həddin artıq tələsməsəniz, yəqin ki, bütün planlarınızı həyata keçirə biləcəksiniz. Potensial müttəfiqlərinizə nəzər yetirin. Onların arasından biri ilə sizin yalnız iş yox, həm də şəxsi maraqlarınız üst-üstə düşür. Seminar, konfrans, eləcə də kübar tədbirləri ziyarət etməyi planlaşdıranları xoş görüşlər gözləyir.

Ev qayğıları üçün əlverişli gündür. Çoxları sizinlə birlikdə olmağa şaddır. Ona görə də tənhalıqdan şikayətlənməyəcəksiniz. Axşam yeni təəssüratlar mümkündür.

Şir - Asan gün olmayacaq. Məkrli bədxahlar və güclü rəqiblərlə çəkişməli, şirnikdirici şeylərə müqavimət göstərməli və zəifliklərinizlə mübarizə aparmalı olacaqsınız. Bütün mübarizələrdən qalib kimi çıxacaqsınız.

Gün ərzində sizdən asılı olan adamlara qarşı xüsusilə diqqətli olun. Bu gün onlar adi vaxtlarla müqayisədə daha çox dəstəyə, qayğıya ehtiyac duyurlar. Axşam özünüzü əzizləmək istəyəcəksiniz. Sizi nəyin sevindirə biləcəyini düşünün, ideyanızı həyata keçirib. Bu iş yaxınlarınız da sizə kömək edəcəklər.

Qız - Mənfi tendensiyaların təsirindən çəkinməyə bilərsiniz. Onların böyük hissəsi dünəndə qalıb. Narahatlıq və təlaşla vidalaşmağa tələsin. Diqqətinizi daha perspektivli görünən işlərə yönəldin. Bu gün intuisiyanız sizi aldatmayacaq.

Tərəzi - Təvazökar Tərəzilər üçün pis gün deyil. Bürcün məhz belə nümayəndələri azla da qane olurlar və əlçatmaz şeylərə can atmırlar. Digərlərini isə vaxt itkisi və əvəzində yalnız yorğunluq gözləyir.

Ailə məsələlərinin həlli, yaxınlara qayğı, eləcə də xeyriyyəçilik fəaliyyəti üçün münasib gündür. Əgər xeyirxahlığınızı paylaşmağa hazırsınızsa, ətrafdakılarla sizə eyni şeylə cavab verəcəklər. Romantik münasibətlərin başlaması üçün əlverişli gün deyil: yalnız köməksiz adamlara bağlanmaq təhlükəsi var.

Əqrəb - Əlverişli və məhsuldar gündür. Çox şey müvəffəq olacaqsınız. Lakin irimiqyaslı layihələrə girişmək məsləhət deyil: məhsuldar tendensiyaların təsiri uzun çəkməyəcək. Çoxdan əməkdaşlıq etmək istədiyiniz adamlarla bu gün razılığa gələ bilərsiniz. Yeni partnyorlarınız fikirlərini dəyişmədən müvafiq sənədləri imzalamağa tələsin.

İnadkarlıq və aydın məqsədə malik olmaq sizə təkcə peşə problemlərinin öhdəsindən gəlməyə yox, həm də şəxsi həyatanızda müsbət dəyişikliklərə nail ola bilərsiniz.

Oxatan - Pis gün deyil. Hansısa peşəkarlıq planlarınızı həyata keçirmək şansı əldə edəcəksiniz. Amma tələsməyə ehtiyac yoxdur: sabahkı gün daha yaxşı olacaq. Nüfuzlu şəxslərin rəğbətini qazana, hami və köməkçi tapa, partnyorlarla planları müzakirə edə bilərsiniz. Lakin bütün cəbhələrdə irimiqyaslı hərəkətlərə başlamaq hələ tezdir.

Ailəli Oxatanlar övladlarına daha çox diqqət ayırmalıdırlar: indi onların diqqətə xüsusilə ehtiyacı var.

Oğlaq - Ehtiyatlı olmalısınız. Bu gün buraxılan səhvlər iş sahəsində ciddi problemlərə səbəb olacaq. Yalnız həmrəy kollektivin gücündə olan işləri təkbaşına həll etməyə çalışmayın. Etibarlı və zəhmətkeş köməkçilər tapa bilərsiniz, yalnız cəhd etmək lazımdır.

Sevdiyiniz şəxslə çoxdandır hər ikinizi narahat edən ciddi məsələləri müzakirə etməyin vaxtı çatıb. Çətin söhbətə başlamaqdan qorxmayın. Eşitdiyiniz şey sizi məyus etməyəcək, əksinə, sevindirəcək.

Dolça - Gün ahəngdar və müntəzəm keçəcək, vəziyyəti dəyişməyə səy göstərməsəniz, yaxşı heç nə verməyəcək. Nüfulu və məkrli rəqiblə mübarizəyə hazır olun. Qoçaqlığınız layiqincə qiymətləndiriləcək. İnşaat, danışmaz əmlak və nəqliyyatla məşğul olanları maliyyə sahəsində uğur gözləyir.

Uzaq səfərlərə yollanmaq tövsiyyə olunmur: səfərlər təsəvür etdiyinizdən daha yorucu olacaq. Şəxsi həyatınıza qarışmağa cəhd göstərən uzaq qohumlarla münaqişələr mümkündür. Özünüzü mənfi təsirlərdən qorumaq üsulunu asanlıqla tapacaqsınız.

Balıqlar - Çətin olacaq: gün ərzində çoxsaylı problemlər yaranacaq. Onların bir hissəsi həllini tələb edir, bir hissəsinə isə diqqət ayırmağa dəyməz. Vəziyyətdən təkbaşına çıxa bilməyəcəyinizi anlayacaq və məsləhət üçün müraciət edəcəksiniz - amma təəssüf ki, düz adama yox.

Bütün gün ərzində əsəbi gərginlik hökm sürəcək. Bu, əhval-ruhiyyənizə təsir edəcək. Ruhi tarazlığı bərpa etmək üçün məşğuliyyətlərə vaxt tapmaq lazımdır. Bunun nə olması o qədər də vacib deyil - meditasiya, şopinq və ya payız parkında gəzinti.