Avtomobil sahibləri üçün yeni xəbər
9.4.2013

Azərbaycanda avtomobil sahibləri A-92 markalı benzini A-95 markalı benzindən rənginə görə fərqləndirə biləcəklər.

Bu barədə bazar ertəsi jurnalistlərə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev deyib.

Onun sözlərinə görə, istehlakçıların aldadılmasının və onlara A-95 markalı benzin əvəzinə A-92 markalı benzinin satılmasının qarşısını almaq üçün ARDNŞ sonuncu markalı benzinin rəngini dəyişib. A-95 markalı benzin rəngsiz qaldığı halda, A-92 markalı benzin qırmızı rəngə boyanıb.

"Bu, bəzi insanların avtomobil sahiblərini aldatmasının qarşısını almaq üçün edilib", - o vurğulayıb.

Qırmızı rəngli A-92 markalı benzin ölkədə cari ilin başlanğıcından satılır.

Abdullayev qeyd edib ki, ARDNŞ A-92 markalı benzin istehsal edir. Ölkədə A-93 markalı benzin yoxdur. 93-ün mənası benzin markası anlamına gəlmir, istehsal edilən benzinin oktan sayının göstəricisidir.

Big.az