Şahzadə on yaşlı qızla yazışır
9.4.2013

Şahzadə Keyt Middlton öz fanatları arasında sevilməyə davam edir.

Britaniya mətbuatı hamilə Keytin balaca pərəstişkarı, Qrimbsi adlı balaca şəhərdən olan on yaşlı İzabella Klarksonla məktublaşması barədə məlumat yayıb. Məsələ ondadır ki, Keyt Qrimbsiyə səyahət edərkən, qız şahzadəni görməyi çox istəyib lakin görə bilməyib. On yaşlı İzabella o qədər pis olub ki, Ketrinə məktub yazıb. O yazıb ki, hava pis olduğundan (həmin gün yağış yağıb) o əlində çiçək şahzadəni görmək istəsə də alınmayıb. Məktub Keytin o qədər xoşuna gəlib ki o cavab yazıb. İzabellanın anası poçt qutusunda krallıq möhürlü məktubu görəndə gözlərinə inanmayıb. Keyf İzabellaya təşəkkür edib və bildirib ki onu görə bilmədiyi üçün təəssüflənir.

İzabella jurnalistlərə deyib: “Məncə Keyt hər şeyi gözəl edir, əvvəllər Diana da belə idi, bu çox gözəldir”.

Big.az