Qoç - çətin və ciddi səylər tələb edən işlər, səfər, çıxış planlaşdırın. Yeni işə başlayarkən diqqətli olun. Gün ərzində əhvalınız bir neçə dəfə dəyişə bilər.
Mühit, ab-hava gərgin, münaqişəli və ya tam əksinə, maraqlı, şən ola bilər. Durum məqsədləriniz və sizi ətrafınızla bağlayan maraqlardan asılıdır.
Tələbatla etirafları müşahidə edin. Sonradan təəssüf hissi yarada biləcək addımlar atmayın.
Problemlərin alternativ həll yollarını arayın.
Yaxın ətrafınızdakı insanların sözləri və dəyərləndirmələri əhvalınıza təsir edəcək. Nikbin olmağa çalışın. Münaqişəli durumlarda asanlıqla barışın, çətin deyilsə, güzəştə gedin.
Büğa - aktiv olun, görüş və işlər arasında təxirəsalmalara yol verməyin. Gərgin və intensiv gün olacaq, bəzi situasiyalar sizi təbdən çıxara bilər.
Ətrafınızdakı insanlar yalnız öz maraqlarını təmin etməyə çalışacaq, qaraqabaq olacaqlar. Ailə üzvləri ilə mübahisə etməyin, tənqidsiz ötüşməyə can atın. Kollektivdə emosional durum, münaqişəyə rəvac verə biləcək situasiya yarana bilər.
Konkret işlərlə məşğul olmağa çalışsanız, uğur əldə edə bilərsiniz. Bəzi işləriniz sürətlənə bilər. Biznesdə yeni mərhələ başlanacaq.
Alış-veriş ilə yanaşı, ilk dəfə gerçəkləşdirmək niyyətində olduğunuz əməl üçün əlverişli gün deyil.
Əkizlər - özünüzü daha da əmin və qətiyyətli hiss etmək üçün hadisələrin məcrasını dəyişməyə çalışın. Yeni heç bir işə başlamayın.
Əsas məsələ cari situasiyalara gərəkli yön verməkdir. Bir mövzu ilə məhdudlaşmayın. Hər yerdə hər işə çatın. Çalışın, danışıqlar aparın, şəxsi məsələlərinizi həll edin. Gözləntiləri diqqətdən qaçırmayın, yaxınlarınızın maraq və istəklərini qulaqardına vurmayın.
Ailə üzvləri və qohumlarınızın eynini aça biləcək iş görün.
Səfər və aktiv yerdəyişmələri təxirə salın.
Görüşlər və yazışmalar üçün uğurlu gün deyil. Məsafə saxlayın, amma hadisələrə süni təkan verməyin.
Şəraiti araşdırın, yeni əlaqələr qurun. Yaxın ətrafınızdakı insanların məsləhətlərini həssaslıqla dinləyin.
Xərçəng - axtarış üçün əlverişli gündür. İş qabiliyyəti və məhsuldarlıq yüksək səviyyədədir. Sizə maraqlı təsir bağışlayan işi seçərək onu görün.
Şərtləri aydınlaşdırın, mümkün dəyişikliklərin müsbət və mənfi yönlərini hesablayın, tərəfdaşın fikrini öyrənmək imkanını əldən verməyin.
Mühüm məsələlərlə bağlı qərarın verilməsini təxirə salın. Mühüm dönəmdir və yaxın ətrafınızdakı hər kəsin diqqət tələb edən mövzusu var. Olayların "kök"ünə baxın, cari uğur və ya uğursuzluqları dəyərləndirməklə işinizi bitmiş saymayın.
Günün ikinci yarısında maraqlı məclisdə olmağınız, yaşamınıza yeni stimul verə biləcək tədbirdə iştirakınız istisna deyil.
Şir - fəaliyyət istiqamətinin dəyişməsi, yeni işdə sınanmaq istəyi yarana bilər. Mühüm məsələlər izafi səylər olmadan həllini tapır.
Xırdaçılıq etməyin, emosiyalarınızın əsiri olmayın, nəyin, gerçəkdən də, xüsusi əhəmiyyət kəsb etdiyni müəyyənləşdirin. Səfər, ezamiyyət, ən müxtəlif səviyyələrdə ünsiyyət istisna deyil. Planlaşdırın, məlumat arayın, danışıqlar aparın.
Perspektivdə sərfəli əməkdaşlığa çevrilə biləcək təmaslarla ünsiyyətlərdə müsbət nəticələrə nail ola bilərsiniz.
Gözəl əşyalar və süjetlərdən ilham alın, maraqlı nəsnə ilə qarşılaşa biləcəyiniz yerlərdə olun.
Qız - bütün diqqəti və səyləri bir işə yönəltsəniz, əhəmiyyətli uğurlar əldə edə bilərsiniz. Şərait sizdən eyni vaxtda bir neçə işə başlamamağı tələb edir.
Maraqları yeniləmə və münasibətlərdə balansa nail olmaq üçün yaxın ətrafınızdakı insanlardan birinin mövqeyini öyrənin. Gərginliyi artıra biləcək hadisələri diqqətlə izləyin, müşahidə edin.
Problemləri önləməyə çalışın, hadisələrə sadə baxın.
Sizi maraqlandıran suallara bu gün cavab ala bilməyəcəksiniz. Yaxın ətrafınızdakı insanları laqeydliyiniz və sükutunuzla pərişan etməyin. Mühüm təmaslarda sakitcə çalışmaq, ümumi işlə diqqətlə məşğul olmaq məsləhət olsa da, tam sükuta ehtiyac yoxdur.
Yaşananların mənasını birlikdə anlayın.
Tərəzi - gərgin, münaqişələrin istisna olmadığı gündür. Danışıqlar, mühabisələr və iddiaların sayı konstruktiv qərarlarla addımların sayından daha çoxdur.
Mühüm, önəmli tədbirlər üçün uğursuz gündür. Toparlanın, adi ritmdə çalışın. Bu gün başlanacaq gərgin təmayüllər bütün həftə boyu təsirli olacaq. Tərəfdaşlar və ya iş yoldaşları arasında eqoistlik edən tapılacaq.
Kimisə nəyəsə inandırmaq üçün özünüz həmin məqama inanın, sonra da anladın. Konstruktiv dialoqu mənasız mübahisəyə, uca səslə deyişməyə və yaxın ətrafdakı insanların "günah"larının xatırlanaraq deyilməsinə çevirməyin.
Emosional tarazlıq pozulmazsa, çox iş görmək olar.
Əqrəb - cəsarət və inadkarlıq, qətiyyət və düşünülmüş addımlar əla nəticə verə bilər. Yeni işin təməlini qoyun.
Görüşlərdən imtina etməyin, aktiv yazışma aparın, cari şəraitdə dərhal uyğunlaşmağa imkan verən məlumatı arayın. Hadisələrin qəfil, sürətli inkişafı ilə yanaşı, emosiyaların kəskin dəyişməsinə hazır olun.
Məqsədə inadla can atsanız, istəyinizə çata bilərsiniz. İstənilən mühüm planın reallaşdırılmasında tələskənliyə yol verməyin, yaxın ətrafınızdakı insanları da tələsdirməyin.
Oxatan - enerjili gündür. Aktiv olun, ideya və istəklərinizi reallaşdırmağa çalışın. Görəcəyiniz və ya başa çatdıra biləcəyiniz işlə bağlı özünüzü məhdudlaşdırmayın.
Başlanan işi baş çatdırın. Lakin ifrat çalışmaq yorğunluq, məhsuldarlığın aşağı düşməsinə səbəb ola bilər. Gəzinti, fiziki iş və maraqlarınızın təminatı üçün vaxt saxlayın. Yaxşı istirahət etsəniz, daha çox iş görə bilərsiniz.
İşgüzar həyatla bahəm, şəxsi həyatda da bir sıra məsələləri uğurla həll edə bilərsiniz. Müzakirələr və məsələlərin təhlili xoş təəssürat yaradacaq.
Yeni, genişmiqyasıl işə başlamaq fikrinə düşməsəniz, uğurlu, yaxşı gündür.
Oğlaq - hisslər və emosiyalar gərilir, prioritetlər dəyişir, etirafa və açıqlamaya ehtiyac duyulur. Bu etiraf vəziyyətə birmənalı təsir etməyə bilər.
Fəqət, deyilən sözlər müəyyənliyə nail olmağa, az sonra nəyə və necə bel bağlamaq olduğunu aşkarlamağa imkan verir.
Maliyyə məsələlərində risk etməyin.
İri məbləğdə ödənişləri və pul köçürməsini təxirə salın. Hansı məqamda vəziyyətin çətinləşdiyini, bir müddət keçəndə nələrin yaşanacağını intuitiv hiss etməyə çalışın.
Siqnalları qulaqardına vurmayın, hadisələri tələsdirməyin, aramla və təmkinlə davranın. Şərik, tərəfdaş, iş yoldaşı, dost və ya qohum bu gün inadkardır.
Fəqət, kompromiss tapın, mühüm məsələlərlə bağlı anlaşın və yaxın günlərdə özünüzə dəstəyi təmin edin.
Dolça - laübəli gündür. Artan emosionallıq işin effektivlik səviyyəsini aşağı salır. Çətin, amma qaçılması mümkünsüz qərar qəbul etməli olacaqsınız.
Müxtəlif müstəvi və sahələrdəki maraqları birləşdirmək, başlanan işə final cizgiləri vurmaq gərəkdir. İşin ənənəvi stili artıq faydalı deyil və bu səbəbdən də əhəmiyyətli dəyişikliklər mərhələsi başlanmalıdır. Konkret addımlarla bağlı məsləhətlər alacaqsınız.
Qətiyyətli və inamlı olun, çəkinməyin, ətalət və süstlük nümayiş etdirməyin. Yalnız sizə yaxın olan, yaxud da ümumi maraq və istəkləriniz olan insanlarla sıx ünsiyyətdə olun.
Yeni heç nəyə başlamayın. Amma dəyişikliklərə dərhal, həssas şəkildə reaksiya verin, yenilənən situasiyaya uyğunlaşın.
Balıqlar - bir neçə gərgin gündən sonra yaxın ətrafınızdakı insanlarla münasibətlərdəki problemləri aradan qaldırmaq mümkün olacaq.
Xəbərlərə, məlumatlara, tanıdığınız insanların həyatındakı yeniliklərə, habelə rəqib düşərgədəki hadisələrə maraq artır.
Çətin şərtlərə rəğmən işin uğurla başa çatması, qəfil uduş, problemin həllində xoş diqqət izharı mümkündür.
Səhhətinizə fikir verməyi unutmayın.
Planlaşdırılmamış fəaliyyətə, indiyədək mübhəm qalan müşkülün çözümünə enerji sərfiyyatı istisna deyil.
Rasiona və enerji sərfinə, səylər və qüvvə israfına yenidən baxmaq vaxtı çatıb.
Milli.Az