"Bakcell" həftəsonları pulsuz danışmaq imkanı yaradır
10.4.2013

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkətdən çərşənbə axşamı verilən məlumata görə, Sur@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərən "Bakcell" böyük məmnuniyyətlə yeni kampaniyasını elan edir.

Gənc "Bakcell" istifadəçilərinin ən sevimli tarifi olan CİNeration yeni təklilfi ilə abunəçilərini sevindirir. Belə ki, 9 aprel 2013-cü il tarixindən başlayaraq hər bir CİNeration istifadəçisi həftəsonu şəbəkədaxili pulsuz danışa biləcək.

CİNeration istifadəçiləri 2434 nömrəsinə pulsuz SMS göndərməklə həftəsonu pulsuz danışıq bonusunu əldə etmiş olacaqlar.

Bonusları yalnız həftəlik minimal 5 AZN balans artımından sonra almaq mümkün olacaq və növbəti həftəyə şamil olunmayacaq.

Belə ki, bonusları daimi əldə etmək üçün CİNeration istifadəçiləri hər həftə balanslarını 5 AZN artırmaqla həftəsonu pulsuz danışıq bonusunu əldə edə biləcəklər.

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. "Bakcell" Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir.

Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan "Bakcell" ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resurslarına sərmayə qoyaraq, Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.

"Bakcell" şəbəkəsi ölkə əhalisinin 99%, ölkə ərazisinin 92%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan şirkət, Sür@ xidməti və yeni tərfədaşlıqları vasitəsilə Azərbaycan əhalisini ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. 257 pərakəndə satış nöqtəsi və həftənin 7 günü, günün 24 saatı fəaliyyət göstərən 7 Müştəri Xidmətləri Mərkəzində istifadəçilərə ən üstün müştəri təcrübəsi təklif olunur.

"Bakcell" və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə "Bakcell"in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

APA