Alma dərini necə gözəlləşdirir?
10.4.2013

Almanın yaratdığı möcüzələri saymaqla bitmir. Bu maska ilə dərinzi daha yaxşı olacaq.

Ərzaqlar:
Arta boy qırmızı alma və 4 ədad ərik qurusu

Hazırlaması:
Bir ədəd qırmızı almanın qabığını soyun. Maksa üçün qabıqlarını saxlayın. Sonra isə ərikləri 1,5 sm qalınlığında doğrayın. Alma qabıqlarını və əriyi bir qaba tökün içinə isə çox miqdarda su əlavə edin. 5 dəqiqə ağzı bağlı qabda və odun üstündə saxlayın.

Yumşaldıqdan sonra qaşıqla onu yaxşıca əzin. Əzən zaman üzərinə az-az su əlavə edin və qaşıqla homojen halına gətirin. Soyuqdan sonra iki barmaq yardımı ilə alna, üzə, yanaqlara, buruna asta şəkildə çəkin. Təxminən 20-30 dəqiqə üzdə saxnılmalıdır. Daha sonra ilıq su ilə yuyun. Bu maska dərini həm yumşaq edir, həm də nəmləndirir.

Publika.Az