Qırılmaz ümid
25.11.2011

2 dekabr 16:00-da "Bakı" qalereyasında 5 əlil uşağın sərgisinin açılışı olacaq. Sərgi Azərbaycan Rəssamlar İttifaqı ilə birgə "Bakı" qalereyası tərəfindən təşkil edilib. Sərgidə "Esmiralda" uşaq və yeniyetmələr studiyasının tələbələrinin akvarel, yağlı boya ilə işlənmiş 35 rəsm əsəri təqdim ediləcək. Sərgi 4 dekabra qədər davam edəcək.