Qoç - aktiv addımlar atmaq və işlər görməklə bağlı istəklərinizi nəzarətdə saxlayın. Situasiya istədiyiniz təki alınmasa, qapını çırpıb getməyin.
İndi incə intuisiya və durumun soyuqqanlı qiymətləndirilməsinə ehtiyacınız var.
Mümkün qədər çox məlumat əldə edin, təmaslar və əlaqələri məhdudlaşdırmayın. Yaxın günlərdəki sərfəli işlərin təməli bu gün qoyulur.
Günün ikinci yarısında təkbaşına çalışın, diqqətli olun, tapşırıqları yerinə yetirin. İntensiv çalışın, işi artıqlaması ilə görün.
Zahiri görünüşə uğurlu dəyişikliklər etmək üçün faydalı gündür.
Buğa - aktiv və qətiyyətli hərəkətlər tələb edən gündür. Diqqətinizi ciddi, mənfəət və irəliləyiş vəd edən işlərə yönəldin.
Emosional durum stabilləşəcək, istək və arzularınızı müəyyələşdirə biləcəksiniz. Tələsməyin, düşünülməmiş və hisslərə əsaslanan addımlar atmayın.
Müzakirə etməyə mövzu varsa, məsləhətləşmələr üçün əlverişli gündür.
Axşam saatlarında dincəlin. Səhhətinizin qeydinə qalın. İdmanın istənilən növü ilə məşğul olmaqda xeyir var.
Əkizlər - sayıq olun. Maliyyə məsələlərini diqqətlə izləyin. Öhdəliklərlə yanaşı, etik normaları da pozmayın. Çox iş görməyə çalışmayın, amma əsas işləri ciddi nəzarət altında saxlayın.
Gələcəkdə sizə yardım edilməsini istəyirsinizsə, işlərin öhdəsindən təkbaşına gələ bilməyəndə dəstək almaq niyytəindəsinizsə, yaxın ətrafınızdakı insanların problemlərinin həllində iştirak edin, onlara həyan olun.
Səhhətinizin qeydinə qalın. Yaxşı qidalanmağa, təmiz havada gəzintiyə çıxmağa, yuxusuz qalmamağa çalışın.
Gün ərzində aldığınız məlumat və siqnalları axşam saatlarında təhlil edin.
Xərçəng - yaxın ətrafınızdakı insanların fikir və mövqelərinə diqqət yetirin, amma öz bildiyiniz kimi davranın. Sizin üçün önəmli söhbəti başa çatdırmağa çalışın.
Razılaşma əldə olunarsa, maraq və məqsədlərinizi inandığınız insanla birləşdirə bilərsiniz.
Sizi müxtəlif istiqamətlərə yönlənmək ehtiyacı ilə üzləşdirən ziddiyyətləri çözmək üçün intuisiyanızı dinləyin, optimal və sərfəli variantı seçin.
Maksimum uğur əldə etmək üçün nə gərəkdiyini aydınlaşdırın. Yaxın vaxtlarda böyük iş olacaq, hazırlaşın.
Şir - lövbərdən qurtulun, yeni layihəyə və ya işə başlayın. Macərapərəst olun, yeni maraqlar, xəbərlər, məlumatlar arayın.
İdeyalarınızın orijinal həll yolu olarsa, irəliləyiş sürətlənər. Uğurlu mərhələ başlanır. Faydalı məlumatlarla yanaşı, ümumi işin miqyasını genişləndirərək çəkisini artıra biləcək nəsnələri və ünsürləri paylaşa biləcək insanlarla əməkdaşlığa başlayın.
Perspektiv əlaqələr yaratmaq üçün əlverişli gündür.
Qız - ideyaları materiallaşdırın, fəaliyyətin emosional məzmununu azaldın, məhsuldarlığı artırın.
Şansları əldən verməməyə tələsməyin. Yaradıcılıq imkanlarınız yüksəkdir və bu səbəbdən də öz "şirənizdə bişməyin". Yaxın ətrafınızdakı insanlardan izafi diqqət gözləməyin. Gərəkli hesab etdiyiniz işlə məşğul olun.
Seçim məcburiyyəti yaranarsa, situasiyada yerinizi konkretləşdirin və yaxın vaxtlarda nə işlə məşğul olacağınızı bilin. Qarşılıqlı münasibətlərdə səmimiyyət azalaraq sərinləşmə yarana bilər. Ümumi maraqlar müstəvisində isə heç bir problem olmayacaq.
Tərəzi - bu gün istənilən işin öhdəsindən gələ bilərsiniz. Təcrübə, bilik və bacarıqlarınız problemin optimal həllini təmin edəcək.
Normal effektivliyə nail olmaq üçün yeni işlərə başlamaq əvəzinə artıq məşğul olduğunuz prosesləri mümkün qədər yaxşı başa vurun. Yalnız bundan sonra nə işlə məşğul olmaq barədə düşünmək olar.
Özünüzü əmin və sakit hiss etmək üçün ciddi problemi görməməzliyə vurmayın.
Axşam saatlarında ailə üzvləri ilə söhbətdə ümumi planları müzakirə edin, səy və yükləri bölüşün.
Təcrübə, məlumat, bacarıqlar bölüşərsə, daha yaxşı olar.
Alış-veriş üçün əlverişli gündür.
Əqrəb - məşğul olduğunuz işə maksimum diqqət ayırın. Maneələri dəf edin. Yaxın ətrafınızdakı insanlar anlamalıdır ki, bu gün sizə maneçilik yaratmaq olmaz.
İnformasiyanın alınması, mühüm məlumatın əldə edilməsi, habelə faydalı ideyaların mənbəyinə çevrilmək istisna deyil. İşgüzar əməkdaşlıqda sərfəli yeniliklər, problemin uğurlu həlli, suallara müsbət cavabların alınması mümkündür.
Yaxın gələcəklə bağlı perspektivlərin müzakirə edildiyi toplantıya qatılın. Yaşamınızda köklü və ciddi dəyişikliklər etməyin.
Bütün işləri tələsmədən yerinə yetirin. Gələn xəbərləri, ətrafınızdakı insanların reaksiyasını dəyərləndirin.
Oxatan - işlər uğurla davam edir, amma səy və cəhdləri intensivləşdirməyin. Xəyal və arzulara qapılmaq əvəzinə, realist olun. Əks təqdirdə maraqlarınızın təminatında zəifləyə bilərsiniz. İllüziyaların perspektivləri yoxdur. Müstəqil qəbul edilən qərarlar səhihdir.
Problemlərin həllinə yaradıcı münasibət, baxış miqyasının genişliyi və cəsarətə ehtiyac var. Yanınızdakılar elə həmin insanlardır, amma hisslər və əhval artıq dəyişib.
Bəzi münasibətlərdə durğunluq hiss etsəniz, ünsiyyət stilini dəyişin.
Oğlaq - nəticələrin əldə edilməsi, "məhsul yığımı" dövrüdür. Bəzi işlərdə konkretlik və müəyyənlik əldə ediləcək. Yaxın gələcəklə bağlı perspektiv işlərin təməli qoyulur. Hər şey şəxsi təşəbbüsdən asılı deyil.
Seçim məcburiyyəti qarşısında qalsanız, narahat olmayın, təlaşa düşməyin, aktiv olun. Qəfil və əlavə tapşırıqdan boyun qaçırmayın.
Uzun müddətdən bəri gerçəkləşdiriləcəyi vaxtı gözləyən ideyalar təzahür edir. Müxtəlif instansiyalarda maraqlarınızı müdafiə edin.
Axşam saatlarında romantik macəra istisna deyil. Vaxtınızı xoş keçirin.
Dolça - diqqətinizi ciddi işlərə yönəldin. Emosional vəziyyətinizi stabilləşdirin, əks təqdirdə hissləriniz və istəklərinizi dürüst qiymətləndirə bilməyəcəksiniz. Tələsməyin, soyuqqanlı və tarazlı addımlar atın.
Tərəfdar, iş və ya layihənizi genişləndirə biləcəyiniz şərik tapa biləcəyiniz məclisdə şansı əldən verməyin.
Ünsiyyət üçün əlverişli gündür. Axşam saatlarını yaxşı istirahət edin.
Balıqlar - əla gündür. Yeni işə, layihəyə başlamaq, dəyişikliklər və yeniliklərlə bağlı qərar qəbul etmək olar. Yaradıcı axtarış, spontan qərarlar, etiraflar müsbət nəticə verəcək. İstirahət də uğur vəd edir.
Fəqət, orqanizmə xeyirli olması üçün aktiv istirahəti seçin.
Xarici görünüşünüzdə nəyisə dəyişmək, alış-veriş etmək istəyi yarana bilər. Yaxın dostlardan biri və ya qohum ilə birgə işə başlaya bilərsiniz.
Şəxsi münasibətlərdə təşəbbüskar olun.
Milli.Az