Bakıda inşası davam etdirilən Heydər Əliyev Mərkəzi yaxın iki il müddətində istifadəyə veriləcək
24.11.2011

Bakının Nərimanov rayonu ərazisində inşası davam etdirilən Heydər Əliyev Mərkəzi yaxın iki il müddətində istifadəyə veriləcək.
Bunu Nərimanov rayon İcra Hakimiyyətinin (İH) başçısı Abdin Fərzəliyev deyib. A.Fərzəliyev rayon ərazisində aparılan digər tikinti işləri barədə də danışıb. Onun sözlərinə görə, son üç ildə rayon ərazisində aparılan tikinti prosesi ilə bağlı 1500-dən çox ailə köçürülüb, həmin ailələrə yeni mənzillər verilib.
Köçürülənlər əvvəlki mənzillərindən ən azı iki dəfə böyük mənzillərlə təmin ediliblər.
İH başçısı Ziya Bünyadov prospektinin yenidən qurulduğunu, yaxın 1 il müddətində istifadəyə veriləcəyini açıqlayıb.