Türkiyənin tanınmış Estetik, Plastik və rekonstruktiv cərrahı və mütəxəssisi doktor Barış Çakır botoks haqqında danışıb.
- Hər botoks etdirən şeytan qaşlı olurmu?
- Xeyr. Əvvəllər botoksun tətbiqi səhv aparılırdı və buna görə də bəzi qadınların qaşı şeytana bənzəyirdi. Yəni, qadınların günahı yoxdur. Mütəxəssislərin çoxu hazırda yuxarıya doğru qalxmış deyil, yana çəkilmiş qaşları daha estetik hesab edir.
- Təsiri nə qədər davam edir?
- 4-6 ay davam edir sonra isə əvvəlki vəziyyətinə qayıdır.
- Botoksun təsiri keçdikdən sonra daha pis ola bilərmi?
- Heç bir əlaqəsi və mənfi təsiri yoxdur. İnsan daha gözəl görüntüsünə alışır və əvvəlki halını unudur. Məsələn, alına edilən botoks 6 ay boyunca alnın yaşlanması dayandırır.
- 6 ay qısa müddətdir, qalıcı üsul varmı?
- Qadınların gözəllik salonuna həftədə bir dəfə getdiyini nəzərə alsaq, 6 ay çoxdur. Təsiri keçici olmasa, qadınların çoxu botoks etməkdə çəkinərdi. Xəstələrin 20 faizi etdirdikləri botoksu bəyənmir, bu baxımdan yaxşı üsuldur. Qalıcı olması həm də risklidir.
- Botoks etdirdikdən sonra cizgilər qalırmı?
- Botoks dəriyə dolayı yolla təsir edir. Botoks əzələlərə təsir edir. İllər ərzində yaranan botoksun bir həftə içində keçməsi mümkün deyil.
- Beton üz və mimiksiz üz saxta dayanır?
- Heç bir cizginin qalmaması üçün botoksu çoxaldıb mimik əzələlərini çalışmaz hala gətirsəniz, üz robota dönər. Təbii, botoks tətbiqi duyğularınızı düzgün şəkildə göstərməyə kömək edəcək. Bu hər insanın istəyindən asılı bir şeydir.
- Botoks olduğu başa düşmək olurmu?
- Mimiksiz, mənasız və robot kimi üzlər tez anlaşılır. Təbii botoks tətbiqi, üzə təbii görüntü qazandırır.
- Göz kənarlarındakı cizgilərdən xilas olmaq mümkündürmü?
- Üzdə ən çətin bölgə göz kənarlarıdır. Botoksla gözün bütün ətrafını cizgilərdən xilas etmək olar. Lakin bu zaman gülmək qeyri-mümkün olacaq. Doğru doz ilə həm gülə bilər, həm də ki, cizgilərinizi azalda bilərsiniz. Dəri çox nazikləşib və qırışlanıbsa, yağ enjeksiyonu daha məntiqli bir üsuldur. Gülmə nöqtələrinə isə botoksun miqdarını çox az etmək lazımdır. Botoksla, gülərkən qaşların aşağı düşməsini əngəlləmək və alın cizgilərini düzgün tarazlaşdırmaq lazımdır. Beləcə, “botoks sənə yaraşır” deyil, “Çox gözəlləşmisən” deyəcəklər...
Publika.Az