Milli Kitabxanada akademik Zərifə xanım Əliyevanın anadan olmasının 90 illik yubileyi münasibətilə sərgi açılmışdır
11.4.2013

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 90 illik yubileyinə həsr edilmiş sərgi açılmışdır.

Sərgidə alimin müəllifi olduğu kitablar, onun məqalələri, ayrı-ayrı müəlliflərin görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyeva haqqında yazdıqları kitablar, dövri mətbuat nümunələri nümayiş etdirmişdir.

AzərTAc