Ukraynanın Simferopol vilayətində ruhi xəstə Bankın kassirini məcbur edib ki, pulları ona versin. Sonra əldə etdiyi 20 min qrivin (təqribən 2,5 min dollar) pulu küçədən keçənlərə paylayıb.
Bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin məlumatında deyilir.
Nazirliyin məlumatına görə, 34 yaşlı Simferopol sakini "Ukrsibbank"ın şöbəsini soyub.
Cinayətkar 20 min tələb edib. Söz verib ki, pullar verilməsə, kassir qızın başını əzəcək. Kişinin əlində təhlükəli əşya və ya silah olmayıb. Amma şok vəziyyətində olan qız pulu qorxudan həmin şəxsə verib.
Bank şöbəsindən çıxdıqdan sonra soyğunçu pulları küçədən keçənlərə paylayıb.
Milis işçiləri cinayətkarı elə həmin axşam yaxalayıblar. O, hazırda Ukraynanın Respublika Psixiatrik xəstəxanasında müayinə keçir.
Milislər onu saxlayanda o, Mələk Mikayıl olduğunu deyib.
Big.az