Bu möhtəşəm yaxt-klub Bakıda olacaq – FOTO
11.4.2013

Bakı yaxınlığında, Xəzər sahilində böyük yaxt-klubun tikintisi planlaşdırılır.

Klubun estakadalarına onlarla irili-xırdalı gəmi yan ala biləcək. Yaxtalara burda hər cür xidmətlər göstəriləcək. Bundan başqa, kompleksdə bir sıra digər əyləncə-istirahət və ticarət obyektləri də yerləşəcək.

Yaxt-klubun konkret harada yerləşəcəyi hələlik açıqlanmır. Bu obyekt Azərbaycanın ən böyük turizm mərkəzlərindən birinə çevriləcək və xeyli turisti ölkəyə cəlb edəcək.

Qeyd edək ki, son vaxtlar Azərbaycana xeyli yaxta gətirilib.

publika.az