Qoç - emosional geriləmə mümkündür. Amma işə və proseslərə ayrılan diqqət artacaq. Görülən işlər sistemli yanaşma tələb edir.
Maliyyə məsələlərinin həlli, yeni əməkdaşlıq formatlarının axtarışı, fəaliyyətin optimallaşdırılması üçün əlverişli gündür.
Hədəf və məqsədləri konkretləşdirin, onlara çatmaq üçün səyləri artırın
Kollektiv iş məqsədə doğru irəliləyişi sürətləndirəcək. Buna görə də şəxsi ambisiyaları hələlik təxirə salın.
Təsir rıçaqlarının hamısına malik deyilsinizsə, prosesə nəzarət etməyə çalışmayın.
Şəxsi həyatda aktiv və əzmkar olun. Tərəfdaş sizdən təşəbbüs gözləyir.
Buğa - səmimi olun, qeyri-ciddi işlərə qatılmayın. Niyyətləriniz ciddi olmalıdır. Təzyiq və kateqorikliyə varmayın. Heç nəyi tələsdirməyin, hadisələr öz məcrasında yaşanmalıdır.
İmkan varsa, bütün mühüm tədbirləri səfərləri, yoxlama və təftişləri, habelə şəxsi görüşləri təxirə salın.
Səhhətinizin və yaxınlarınızın qayğısına qalın.
Axşam saatlarını sakit məkanda keçirin. Mütailə, internetdə vaxt keçirmək, dostlarla ünsiyyət pis deyil. Səs-küylü məclis və ya böyük əyləncədən uzaq durun.
Əkizlər - aktiv, gərgin gündür. Məqsədəuyğunluq çərçivəsində fəaliyyət göstərməyə çaşlışın. Kollektivdə xırdalıqlar və kiçik detallara görə nigaran qalmayın.
Narahat olaraq mühüm məsələnin həllindən kənar qalmayın. Heç kəsin yolunu kəsməyin, daha çətin vəziyyətdə olan və sizdən yardım istəyən insanlara kömək edin.
Maliyyə məsələlərində sayıq, diqqətli olun.
Emosiyalar və hisslər təsirlərə uğrayacaq. Sizə yaxın insanlarla, habelə sevdiyiniz adamla münasibətləri qurban verməyin.
Xərçəng - emosiyalar, hisslər, istəklər günüdür. Bu nəsnələrin hər biri öz oyun qaydalarını diqtə edəcək. Batini aləminizlə yanaşı, münasibətlərdə nizamı və rəvanlığı qorumaq çox çətin olacaq.
Hər şeyə rəğmən, bir çox problemləri asanlıqla həll etmək olacaq. Lüzum duymadığınız əlaqə və hissləri, plan və layihələri unudun. Yeni və daha perspektiv işlər üçün məkan hazırlayın.
Şəxsi həyatda görüşlər üçün uğurlu gün deyil. Məsafə saxlayın, hadisələri tələsdirməyin.
Ailədə münasibətləri aydınlaşdırmağa çalışmayın.
Şir - işgüzarlıq və aktivliyinizi artırın. Mühüm planlardan birini həyata keçirə bilərsiniz. Amma unutmayın ki, gün aksentləri dəyişəcək və diqqətiniz daha önəmli məsələyə cəlb oluna bilər.
Emosiyalarda məhdudiyyət, çətinlik, süstlük, ətalət müşahidə oluna bilər.
Şəxsi münasibətlərdə təşəbbüs vaxtı deyil. Kompromiss, güzəşt variantlarını seçin.
Alış-veriş və imic dəyişiklikləri üçün uğurlu gün deyil.
Səhhətinizdə diqqətli olun. Virus xəstəlikləri, infeksiyaya yoluxma riski artır.
Qız - planlar çox olduğundan hansı işə birinci başlamağı müəyənləşdirin. Qüvvə və güc qıtlığı hiss oluna bilər.
Orqanizmin vitaminə, təmiz havaya olan ehtiyacını təmin etməyə çalışın.
İşin ağırlığını tənzimləyin. Əlavə işlə özünüzü yormayın, amma maraqlı və cazibədar ideyaları nəzərə alın. Həmin ideyalardan bəzilərinin reallaşdırma yollarını düşünün.
Şəxsi münasibətlərdə həssas, diqqətli, səmimi olun. Sizə yaxın insanların qayğısıa qalın. Amma onlara nəzarət və hamilik etməyin. Güzəştlərə gedin. Belədə planlarınızın reallaşması üçün daha çox imkanlar əldə edə bilərsiniz.
Tərəzi - cari işlərə başqa, görüləsi məsələlər də əlavə olunur. Ən mühüm işləri vaxtında başa vurmaq və sərfəli nəticəyə nail olmaq üçün ikinci dərəcəli məsələləri seçin, onları təxirə salın. Səhhətinizə diqqət yetirin.
Sinir və vücud yorğunluğunun ifrata varmasına yol verməyin. Münaqişəli situasiyalarda təmkinlə davranın.
Yanınızda sizi anlayan, problemlərinizi bölüşən, yaşamınızda baş verən hadisələrin bir qismini öhdəsinə götürəcək insan olarsa, durum asanlaşacaq.
Alış-verişdə qənaətcil davranın. İri məbləğ xərcləmək məsləhət deyil.
Əqrəb - qüvvə və gücünüzü toplayın, yeni planı reallaşdırmaq üçün süstlükdən uzaq olun. Heç bir halda uğurun və ya qələbənin bir addımlığında dayanmayın.
Diqqəti maraqlarınıza yönəldin. Çünki daimi diqqət olmazsa, onlar zərər görə bilər.
Günün ikinci yarısında işləməklə yanaşı, qüvvələrinizi mərhələli şəkildə bərpa etməyə başlayın. Yeni təəssüratlar və yenilik hissinə ehtiyacınız var.
Emosional cavab gözlədiyiniz görüşlərdən birində rəğbət izharı ilə qarşılaşa bilərsiniz. Soyuqqanlı olun, ilkin hisslərə aldanmayın.
Oxatan - praktik məsələlərin həllinə istiqamətlənin. Məsləhətləşmə, işgüzar məsələlərin çözümü üçün əlverişli gündür. Yaxın ətrafınızdakı insanlar sizdən qətiyyət, inadkarlıq və əzm gözləyirlər.
Əgər məqsədə nail olmaq fikrindəsinizsə, arqumentləri işə salın. Emosional təzyiqə yol verməyin.
Qarşılıqlı münasibətlərdə səmimiyyət böhranı var. Ümumi maraqlar çərçivəsində işlərin zərər görməsinə imkan verməyin.
Çalışdığınız materialları mümkün qədər qaydaya salın. İnformasiya, intellektual fəaliyyət xeyir verə bilər.
Oğlaq - uğurlu gündür. Geriləmə, problem olan məqamı aydınlaşdırın, müşkülü aradan qaldırın. Dəyişikliklər və yeniliklərin təşəbbüskarı olmayın.
Yeni işlərə başlamayın, kəskin məsələlərin müzakirəsini təxirə salın, tənqid və şərhlərdə təmkinli olun.
Öhdəliklər və vədləri yerinə yetirin, daxili tabuları pozmayın. Pis vərdişlər və yarıtmaz əlaqələrdən qurtulmaq üçün əlverişli gündür.
Axşam saatlarında fiziki aktivlik gərginliyi azaltmağa yardım edər. Hava imkan verərsə, gəzintiyə çıxın.
Dolça - gərgin gündür. Təlaş və təhlükə riskləri çox böyükdür. Özünüzü tənha hiss edə bilərsiniz. Ünsiyyət də gözlənilən razılıq hissi yaratmayacaq.
Yaxın ətrafınızdakı insanlara güvənməkdə çətinlik çəkirsiniz. Narahatlıq, nigaranlıq hissi var.
Münasibətlərlə bağlı ciddi məsələlər yaranır.
Yaşam arealında nizam və qayda yaradın. Bu gün bütün yarımçıq məsələləri başa vurun. Belədə daxili sakitlik, rəvanlıq və harmoniya hissi yaranar.
Axşam saatlarında açıq havaya çıxın, bir qədər gəzinin.
Balıqlar - yaşamınızda gözlənilməz hadisələr baş verir. Çətinliklərdən çəkinməyin, çünki müşküllər sizə indiyədək yerinə yetirmək istəmədiyiniz, təxirə saldığınızı yarımçıq işləri bitirməyə imkan verir.
Daha doğrusu, problemlər sizi daha aktiv davranmağa vadar edir.
Başqasının sizə israrla "təklif" etdiyi münasibətlər sxemindən imtina edin, işdə yeni maraq və ya istiqamət tapın.
Kollektivdə baş verən hadisələr sizə darıxmağa imkan verməyəcək.
Romantik münasibətlər batini durumunuza dönə bilər. Yaxındakı insanların bundan xəbər tutması şərt deyil.
Eyni zamanda, münasibətlərdə də real dəyişikliklər ola bilər. Köhnə əlaqələrdən biri bərpa ediləcək.
Milli.Az