Bu gün Müdafiə Nazirliyinin Təlim və Tədris Mərkəzində 132 hərbi qulluqçuya mənzillərin sənədləri təqdim edilib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, bundan əvvəl 20 il və daha çox qüsursuz xidmətlərinə görə 50 hərbi qulluqçu da prezidentin qayğısı sayəsində yeni və təmirli mənzillərlə təmin olunmuşdu.
Müdafiə Nazirliyinin rəhbərliyi bu qayğını və diqqəti ordu quruculuğu sahəsində Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin həyata keçirdiyi çoxsaylı mühüm işlərin önəmli nəticəsi kimi qiymətləndirir və buna görə dövlət başçısına öz dərin təşəkkürünü bildirir.
Silahlı Qüvvələrin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Prezidentin 28 dekabr 2011-ci ildə imzalanmış fərmanında göstərildiyi kimi, hərbi qulluqçulara verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsi onların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılmasına, mənzil-məişət problemlərinin həll edilməsinə böyük təkan verir.
Gün.Az