Saçlar gün boyu məruz qaldığı çirkli mühitdən dolayı parlaqlığını itirir. Təkcə şampunla parlaqlığıq qazandırmaq olmur. Saçalara ehtiyacı olan baxımı tətbiq etməli və təbii yolarla parıldamasını təmin etmək olar. Əslində, saçların təbii yolla sağlam görünməsini təmin etmək və ərzaqların rahat tapılması baxımından şanslıyıq. Quru və mat saçlar üçün bir neçə maska var. Kimyəvi maddələr və fen saçın tez xarab olmasına səbəb olur. Onlardan mümkün qədər az istifadə edin.
Quru saçlar üçün bir yemək qaşığı balın içinə yarım fincan yağlı süd əlavə edib qarışdırın. Bu qarışığı saçlara masaj edərək çəkin. 20 dəqiqə gözlədikdən sonra ilıq su və şampunla yaxalayın. Parlaq saçlar üçün digər üsul 1 yumurta sarısı və 2 yemək qaşığı xalis zeytun yağıdır. Saç diblərinə masaj edərək çəkin və 30 dəqiqə gözləyin. Sonra isə saçlarınızı ilıq su ilə yuyun.
İlıq su saçları xarab etmir və isti su qədər qurutmur. Çox isti su həm dəri, həm də saçlar üçün ziyandır. Bu maksa ilə saçlarınız çox gözəl görünəcək və işıqda parlayacaq. Maskanı 15 gündən bir təkrarlamaq lazımdır. Yumurta ilə edilən maska proteinlə zəngin olduğu üçün, saçlarınıza lazım olan parlaqlığı qazandıracaq. Hind qadınlarının saçlarının nə qədər gözəl və sağlam olduğunu bütün qadınlar bilir. Bunun sirri isə hind yağından qaynaqlanır. Yarım fincan hind yağını biraz isidin və saçların kökündən başlayaraq yedirməyə çalışın. 30 dəqiqə gözləyib yuyun və fərqi hiss edin.
Publika.Az