Quru dərilərə uyğun çiyələk maskası
Dərinin canlandırıcı bir xüsusiyyətə malik olması üçün ayda ən çox 2 dəfə maska etmək kifayətdir. Yuyulmuş 4 ədəd çiyələyi əzin və 1 şorba qaşığı nəmləndirici kreminizlə yaxşıca qarışdırın. Bu qarışığı üzünüzə incə bir təbəqə halında sürtün. Təxminən 5 dəqiqəyə qədər gözləyin və yuyun.
Alma maskası
Alma maskası hər dəri üçün uyğun sayılır. 1 ədəd almanın qabıqlarını soyub rəndələyin. Suyunu çıxarın və süzün. Alma suyunun içinə 2 yemək qaşığı polen və yulaf unu əlavə edib yaxşıca qarışdırın. Ərzaqları dəriyə yaxşıca yedizdirin. Göz kənarları xaric olmaqla bədənin istənilən bölgəsinə çəkmək olar. 20 dəqiqə gözlədikdən sonra ilıq su ilə yuyun. Bu maskanın möcüzələrindən faydalanmaq üçün ayda bir dəfə edin. Təmizlənmiş dərini nəmləndirin.
Avokado maskası
Avokadonun faydasından neçə illərdir ki, istifadə edilir. Tərkibindəki zəngin mineral və vitaminlərlə dəriniz daha sıx olacaq. 1 ədəd avokadonu soyub 4 yerə bölün. 1 dilimini əzib krem halına gətirin. İçinə 1 yemək qaşığı limon suyu, 1 çay qaşığı bal və 1 çay qaşığı susam yağı əlavə edib qarışdırın. Dəriyə çəkib 20 dəqiqə gözləyin. Sonra isə bol su ilə yuyun və üzündəki dəyişikliyin sevincini hiss edin.
Publika.Az