Almaniyanın Tyubinhen universitetinin əməkdaşları sübut etmişlər ki, səs stimuliyasiyası əvvəllər əldə edilmiş biliyi möhkəmləndirir və yaddaşı gücləndirir.
Tədqiqatçılar səs stimuliyasiyasının 11 insanın beyninin fəaliyyətinə təsirini araşdırmışlar. Təcrübə göstərmişdir ki, yuxu zamanı musiqinin səsi beyin ritmləri ilə üst-üstə düşdüyü halda, iştirakçılar əvvəllər öyrəndikləri söz biliklərini yaxşı yada salmışlar.
Tədqiqatın müəllifi Yan Born hesab etmişdir ki, yeni üsul yuxu ritminin yaxşılaşdırılması üçün bir vasitədir. Alimlər ümid edirlər ki, onların kəşfi yuxusuzluq və yaddaş zəifliyi kimi problemlərin həllinə kömək edəcəkdir.
AzərTac