Azərbaycanda neft və qaz hasilatının azalması davam edir
15.4.2013

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanda neft və əmtəəlik təbii qaz hasilatının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə azalıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, hesabat dövründə ölkədə 10,8 mln. ton neft və 4,4 mlrd. kubmetr əmtəəlik təbii qaz hasil edilib. Ötən ilin yanvar-mart aylarına nisbətən neft hasilatı 4,4%, əmtəəlik təbii qaz hasilatı isə 4,3% azalıb. Ümumiyyətlə, hesabat dövründə mədənçıxarma bölməsində ötən illə müqayisədə məhsul istehsalı 3,8% azalıb.

Qeyd edək ki, 2013-cü ildə Azərbaycanda neft hasilatı 43,2 mln. ton, təbii qaz hasilatı isə 28,8 mlrd. kubmetr səviyyəsində proqnozlaşdırılır.

APA