“Elm və təhsil” nəşriyyatında “İmadəddin Nəsimi. Biblioqrafiya” kitabı çapdan çıxmışdır.
AMEA-nın Əlyazmalar İnstitutundan bildirilmişdir ki, yeni kitaba Nəsimi əsərlərinin əlyazmaları, müxtəlif dillərdə nəşr edilmiş ədəbi irsi, həyat və yaradıcılığının tədqiqinə həsr edilmiş monoqrafiya və məqalələr barədə məlumatlar daxil edilmişdir.
Kitabın tərtibçisi tarix üzrə fəlsəfə doktoru Aydın Xəlilovdur.
AzərTAc