Bu gün 3 rayonda qaz olmayacaq
16.4.2013

Bu gün Bakının Nəsimi, Xətai rayonlarında və Tovuz rayonun qaz təchizatında məhdudiyyətlər olacaq.

Təmir işləri ilə əlaqədar olaraq, 16 aprel saat 10:00-dan saat 13:00-dək “Keşlə” Qazpaylayıcı Stansiyasından qidalanan “Şüşə” qaz kəmərində, saat 09:00-dan 19:00-dək isə “Tovuz” Avtomatik Qazpaylayıcı Stansiyasından və “Qazanlar” Qazpaylayıcı Stansiyasında “Xətai Ümumi” ölçü qovşağından qidalanan “Məişət” qaz kəmərində təbii qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Xətai rayonuna, Nəsimi və Tovuz rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

ANS PRESS