Dünyada ilk dəfə: ayının beyni əməliyyat olundu
16.4.2013

Laosda dünyada ilk dəfə ayının beynində neyrocərrahiyyə əməliyyatı aparılıb.

Baytar həkmlərin müayinədən sonra hidrosefaliya diaqnozu qoyduqları ayının xəstəliyi sağalmaz sayılmışdı və o, zəhərli inyeksiya vurularaq öldürülməliydi.

Lakin Laos buddist ölkədir və burada canlının qətli böyük günah ayılır.
Ona görə də Laosdakı ayının beynində cərrahiyyə əməliyyatının aparılmasına qərar verildi.

Fasiləsiz miqren və daimi baş ağrılarından çox əzab çəkən, aqressivləşən ayının cərrahiyyə əməliyyatı 6 saat sürüb.

Laosun paytaxtı Vyentyandan 25 km cənubdakı Luanq Prabanq şəhərindəki Azad Ayı Məkanı adlı ayı sığınacağında saxlanan, 3 yaşlı Çampa adlı ayının durumu indi yaxşıdır. Sadəcə, onun vücudunun bir hissəsi əməliyyat üçü qırxlmışdı və indi həmin yerlər tüksüzdür.

Çampa qara Asiya ayısıdır və bu ayılar Laosun şimalındakı dağlarda yaşayırlar.
Çampanın cərrahiyyə əməliyyatına Şotlandiyanın paytaxtı Edinburq zooparkında çalışan, Cənubi Afrika Respublikası vətəndaşı olan baytar başçılıq edib.

Əməliyyat zamanı ayının başı daz qırxılıb, qulağının arxasında kiçik dəlik açılıb və ultrasəs vasitəsilə beyni müayinə olunub.

Big.az