Sevgiliyə 30 minlik hədiyyə
16.4.2013

Kristien Styuart 23 yaşını 10 apreldə qeyd edib, lakin ad günündə baş verənlər mətbuata indi gəlib çatır. Patisonun qız fanatlarına pis xəbər var. Ad günündə Robert Patison Kristienin ən önəmli qonağı olub.

Ad günü Los-Ancelesin ən nüfuzlu klublarından birində keçib, hansı ki həmin kluba jurnalistləri buraxmayıblar. Amma buna baxmayaraq bəzi xəbərlər üzə çıxıb.

Patison kluba saat 11 radələrində gəlib. Əsas diqqət onun Kristienə edəcəyi hədiyyəyə olub.

Belə ki, Patison hamını təcübləndirəcək bir hədiyyə edib. Onun verdiyi hədiyyə qızıl qələm olub. Onun bu hədiyyəsi Kristienin qələm kolleksiyasının arasında ən bahalısı olacaq. Çünki deyilənlərə görə hədiyyənin qiyməti 30 min dollar olub.

Big.az