Bu ilin mayında İsveçin Malmö şəhərində keçiriləcək “Eurovision-2013” mahnı müsabiqəsinin İsveç yayımçısı SVT “orkestr”i səhnəyə qaytaracaqdır.
Yarışmanın ikinci yarımfinalının interval aktına “orkestr” daxil edilib. Əlbəttə ki, bu, xüsusi növ “orkestr” olacaqdır.
Mahnı müsabiqəsi tarixində orkestrdən istifadə olunub, lakin zaman keçdikcə, baxışlar dəyişdikcə, yarışmada, o cümlədən səhnədə də dəyişikliklər yaranıb. Odur ki, mahnı müsabiqəsində orkestr olmur.
Lakin bu dəfə ki “orkestr” rəqqaslardan ibarət olacaqdır. İsveçin ən yaxşı rəqqasları toplaşaraq bir musiqi aləti kimi duracaq və tamaşaçıları mahnı müsabiqəsinin tarixinə qiyabi ekskursiyaya aparacaqlar. Sonda isə belə “musiqi alətlərindən” simfonik orkestr formalaşacaqdır.
Artıq məşqlərə başlanılıb.
Big.az