Qoç - Elə görünə bilər ki, gün yaxşı perspektivlərə malikdir. Düzdür, cəlbedici təkliflər də daxil olacaq, yeni müttəfiqlər də əmələ gələcək, öz planlarınızı da az və ya çox müəyyənləşdirəcəksiniz. Lakin baş verənlərə daha diqqətli baxılsa, tamam başqa mənzərə görmək olar.
Güclü iradəyə və qeyri-müəyyən niyyətlərə malik adam sizdən uşaq və ya köməksiz oyuncaq kimi istifadə etməyə çalışır. Müqavimət göstərin! Sizin hətta səhv qərarınız da zorla boynunuza qoyulan düzgün qərardan daha yaxşıdır. Pulla ehtiyatlı olun, itki gözlənilir.
Buğa - Sizi yaxşı tanıdığını və xarakterinizi dəqiqliklə öyrənə bildiyini düşünənlərə az sürpriz etməyəcəksiniz. Bu gün özünüzü həmişəkindən fərqli aparırsınız: daha çox sərtlik göstərir, bəzən aqressiv davranırsınız. Bu, uğur gətirsə də, ətrafdakıların sizə qarşı münasibətinə yaxşı təsir göstərmir. Əgər dostlara və müttəfiqlərə ehtiyacınız varsa, özünüzü yumşaq aparın, üzüyolalıq göstərin.
Yaşlı qohumlarınızla fikir ayrılıqları mümkündür. Valideynləri ilə yaşayan Buğalar hiss edəcəklər ki, evdə atmosfer gərginləşir və gərginliyi aradan qaldırmağın yollarını axtaracaqlar. Lakin həyat yoldaşları və sevgililərin münasibətlərində tam harmoniya hökm sürəcək.
Əkizlər - Hərəkət etmək, tədbir görmək, öz həyatınızı dəyişmək və ətrafdakıların rəğbətini qazanman istəyirsiniz. Amma bu o qədər də uğurlu alınmır. Ona görə çətin vəziyyətlərə düşürsünüz ki, emosiyaların təsiri altında etdiyiniz hərəkətlərin mümkün nəticələri barədə fikirləşmirsiniz. Yeni müttəfiqlərinizlə münaqişələr, hansısa sirlərinizi bilən adamlarla münasibətlərdə problemlər mümkündür.
Güclü hisslər üçün darıxırsınız və bununla çətin, təhlükəli vəziyyətlərin səbəbkarına çevrilirsiniz. Yaxınlarınız sizi sağlam düşüncənizin səsinə qulaq asmağa çağırırlar. Lakin belə məsləhətləri təhqir kimi qəbul edirsiniz.
Xərçəng - Real hədəfləri qeyri-realdan ayıra bilənlər günü pis keçirməyəcəklər. Birincilər hədəflərinə çata biləcək, ikincilərə isə heç bir şey etmədən yalnız arzulamaq qalacaq. Özünüzü lazımsız adamlara şəxsi bağlarla bağlamağa tələsməyin. Sizə gün ərzində dəfələrlə rastlaşacağınız birmənalı olmayan vəziyyətlərlə səhvlərdən qaçmaqda sağlam düşüncə kömək edə bilər.
Yaxınlarınız sizə qarşı diqqətlidirlər və onlarla ünsiyyət sizi çox sevindirir. Narahat olduğunuz məsələləri sevdiyiniz adamla müzakirə etməyə dəyər. Qarşıqlı anlaşmaya nail olmaq çətin deyil.
Şir - Planlarınız irimiqyaslı, ambisiyalarınız böyük, nailiyyətləriniz isə cüzi olacaq. Rəqiblərinizin sizi üstələdiyini, arzuladığınız qələbələri onların əldə etdiyini izləyə-izləyə sakitliyinizi qorumaqda çətinlik çəkəcəksiniz. Amma heç nə edə bilməyəcəksiniz. Ona görə də ətrafınızda bəxti gətirənlərə həsəd aparmaq yox, diqqətinizi öz işlərinizə yönəltməyiniz daha yaxşıdır.
Əyləncə, yaxınlarınızla istirahət üçün pis gün deyil. Sevdiyiniz insanı əzizləmək imkanı yaranacaq və bundan yararlanın. Şəxsi həyatınızda ciddi dəyişikliklər ehtimalı azdır.
Qız - Çətin olsa da, məhsuldar gündür. Tər tökə-tökə işləməyə hazırsınız. Lakin sizin səylərinizin bəhrəsinizi başqalarının görəcəyini düşündüyünüzdən, entuziazmınız aşağı düşür. Dünyadan daha çox ədalət gözlməyə ehtiyac yoxdur. Maddi mənzərə əlverişli deyil: itkilər və səmərəsiz sövdələşmələr mümkündür.
Yaxınlarınızla görüşlər sürpriz gətirməyəcək. Amma istədiyiniz qədər sevinə də bilməyəcəksiniz. İş barədə həddindən artıq, öz hissləriniz və həyəcanınız barədə isə çox az düşünürsünüz.
Tərəzi - Günün emosional fonu əlverişli deyil. Belə bir əlverişsiz vəziyyətdə siz istənilən bəhanədən zərər çəkmək, həyəcan keçirmək, əzab çəkmək üçün istəfadə edəcəksiniz. Bu, işinizin effektini bir qədər azaldacaq, yaxınlarınızla münasibətlərə də pis təsir göstərəcək.
Sizin şikayətlərinizi dinləyən, dediklərinizi başları ilə təsdəqləyənlər sonradan sizin danışdıqlarınızdan öz maraqları üçün istifadə edəcəklər. Ürəyinizi yalnız etibarınızı qazanan insanlara açın. Yaxşı olar ki, ətrafdakılardan gülərüzlü adam tapın və ondan yaxşı əhval-ruhiyyəyə “yoluxmağa” çalışın.
Əqrəb - Çətin olacaq. Gün ərzində ortaya çoxlu suallar çıxacanq və siz onların canablarının aydın və sadə olduğuna inanmaq istəyəcəksiniz. İllüziyaları asanlıqla və həvəslə qursanız da, şeylərə real baxmaq istəmirsiniz.
Məsləhətlərə, xüsusilə, zövqünüzə uyğun olmayanlara qulaq asın. Tezliklə əmin olacaqsınız ki, ən yaxşı məsləhətlər məhz onlar olub. Romantik görüşlər gözləntilərinizi doğrultmayacaq.
Oxatan - Bəxtiniz gərib. Hadisələr elə inkişaf edir ki, özünüzü bəxtəvər və ulduzların sevimlisi hesab edə bilərsiniz. Əksər başlanğıclarda işləriniz gətirir. Hətta ən çətin işlərin də öhdəsindən digər bürclərin nümayəndələrindən daha tez gəlirsiniz.
Peşəkarlıq uğurları ilə yanaşı, şəxsi həyatınızda da ən əlverişli şərait yaranacaq. Çoxdankı arzularınız həyata keçə bilər. Həyatınızı daha maraqlı edəcək insanla görüşünüz də istisna deyil. Nikaha girmək və birgə həyata başlamaq üçün əlverişli gündür.
Oğlaq - Ciddi problemlər qarşılaşacaq və onları müstəqil şəkildə həll etməli olacaqsınız. Həmkarlarınız və iş partnyorlarınız dəstək vəd etsələr də, yalnız təsəlli söhləri və hər şeyin yaxşı olacağı ilə bağlı bəyanatlarla kifayətlənəcəklər. Maddi çətinliklər mümkündür. Unutmayın, nə dostlardan, nə də bankdan borc almaq məsləhətdir.
Emosional fon isə əlverişlidir. Bütün çətinliklərə baxmayaraq, gümrahlığınızı və gülərüzlülüyünüzü qoruyacaq, hətta, məyusluğa düçar olanların əhval-ruhiyyənizi qaldırmağa özünüzdə güc tapacaqsınız.
Dolça - Təşkilati məsələlərin həlli, gələcəyə yönəlmiş planların qurulması üçün əlverişli gündür. Bütün faktorları nəzələ ala, hadisələrin inkişafının bütün variantlarını müəyyən edə biləcəksiniz. Sizə yardım və məsləhət üçün müraciət edənlər olacaq, nüfuzunuz artacaq.
Peşə sahəsində qələbələr, nailiyyətlər mümkündür. Amma şəxsi həyatınızda yaxşılığa doğru heç bir əhəmiyyətli dəyişiklik baş verməyəcək. Hisslərinizdən baş çıxara bilmirsiniz və bu, sizi əsəbiləşdirir.
Balıqlar - Gün ərzində xüsusi heç nə baş verməyəcək. Bütün günü xırda xoşagəlməzliklərlə məşğul olacaqsınız. Bəzi məsələ və problemləri başqalarına tapşıra biləcəksiniz. Amma unutmayın ki, bu gün hətta ən sadiq köməkçi və müttəfiqlərinizə tam etibar etmək olmaz.