Təzyiqi yüksək olanlar qırmızı çuğundur içməlidir. Çünki çuğundur təzyiqi aşağı salır.
İngiltərədə Barts və London tibb fakültəsində alimlərin apardığı araşdırmada bəlli olub ki, gündə bir stəkan çuğundur suyu içmək təzyiqi aşağı salır. Tərkibindəki maddələr təzyiqi balanslaşdırır.
Qırmızı çuğundur suyunu içdikdən 5-6 saat sonra öz təsirini göstərməyə başlayır. Araşdırmalar göstərir ki, çuğundurun tərkibində olan nitrat qan damarlarını genişləşdirir və beləcə təzyiqi aşağı salır.
Alimlər qeyd edib ki, çuğundur suyu sidiyin tündləşməsinə yol aça bilər. Alimlər onu da qeyd edib ki, çuğundurdan uzun müddət istifadə edilərsə, faydası daha təsirli olar.
Publika.Az