Bahar qarderobunda bunlar mütləq olmalıdır
17.4.2013

Bahar aylarında dolabınızdan nələr əskik olmalıdır?

Bahar ayları günəşlə bizi sevindirsə də, qəflətən yağan yağış gözlənilməz sürprizlər edə bilər. Belə havalarda dəbli görüntümüzü zəmanət altına almaq üçün dolabda bunlar mütləq olmalıdır.

Yağmurluq - Günəşli hava bahar aylarında aldadıcı olur. Siz ehtiyatlı davranın və dolabdan yağmurluğu əskik etməyin.

Eynək - Baharın gəlməsi günəşin çıxması deməkdir. Gözlərinizi günəş eynəyi ilə qoruyun və özünüzü bahara hazır edin.

Yağış çəkməsi - Bahar yağışlarından ayaqlarınızı sığortalamaq üçün dolabda yağış çəkməsi olmalıdır.

Çətir - Əziyyətlə etdiyimiz makiyajı qorumaq üçün çətir mütləq dolabda tapılmalıdır. Mümkün olduğu qədər çantanızdan və dolabınızdan çətiri əskik etməyin. Geyimlərinizə uyğun rəngli çətirlər də seçə bilərsiniz.

Şərf - Yaz aylarında şərfsiz küçəyə çıxmaq belə ayıb sayılır. Müxtəlif rəngdə şərfləri dolabdan və üstünüzdən əskik etməyin. Mağazalardan cibinizə və zövqünüzə uyğun hər cür şərf tapa bilərsiniz.

Qara köynək - Hər geyimlə kombinləməsi mümkün olan qara köynəkləri dolabınızdan qətiyyən çıxarmayın.

Qara balet - Günəşli havalarda geyimlərinizi qara bir baletka ilə kombin edə bilərsiniz. Həm rahat, həm də cazibədar görünə bilərsiniz.

Publika.Az