Bu gündən Azərbaycanda «Windows phone 8» əməliyyat sisteminin qiymətdə ən ucuz, keyfiyyətdə isə heç də digərlərindən geri qalmayan növbəti modeli – «Nokia Lumia 520» smartfonları satışa çıxarılıb.
«Nokia»nın Azərbaycanda rəsmi distribüteri olan «MobiTel» şirkətindən verilən məlumata görə, 4 düymlük ekran, 5 megapiksellik kamera və iki nüvəli 1GHz tezlikli prosessora malik olan smartfonun satış qiyməti 230 manat təşkil edir. Bütün «Windows phone» ailəsinin üzvlərinə xas olan - dəyişilən lövhəciklər, rəngarəng korpuslara malik olan smartfon sosial şəbəkələr və internetdə rahat işləməyə şərait yaradır. «Nokia»nın «Here» naviqasiya sistemi isə smartfon sahibinə istədiyi yerdə bələdçilik edə biləcək. «Nokia Lumia 520» 64 GB-a qədər yaddaş kartlarını dəstəkləyir.
Yeni smartfon digər qurğuları da internet trafiklə təmin etməyə imkan verir.
«Bundan əlavə, mobil operatordan alınan internet qoşulmasını daha 8 cihazla bölüşmək imkanı verən «Wi-Fi spot» funksiyası smartfonu əvəzolunmaz vasitəyə çevirir», - deyə məlumatda bildirilir.
APA