Oksana Rəsulova hind filmində baş rola çəkiləcək
18.4.2013

Tanınmış rəqqasə Oksana Rəsulova Hindistan filmində baş rola çəkiləcək.

"Manqal Xo" (Marsa) adlı filmin rejissoru Prişit Çakrabortidir.

Rəqqasə bildirib ki, filmin çəkilişlərinə may ayından başlanılacaq.

"Bu komediya janrında olan filmdir. Mən filmdə Xuşi adlı qız rolunu oynayacam. Filmin detalları haqqında çox danışmaq hüququm yoxdur, lakin bircə onu deyə bilərəm ki, rejissor Bollivudda artıq çoxdan fəaliyyət göstərən Prişit Çakrabortidir. Film hindi dilindədir və mən filmdə səsləndirəcəyim sözlərin çoxunu əzbərləmişəm".

Milli.Az