Dekabrın 1-i Nigar Camalın "Crush on you" klipinin təqdimatı keçiriləcək. Xatırladaq ki, "Eruovision -2011" mahnı müsabiqəsinin qalibi olmuş Nigar Camalın klipinin çəkilişləri Ukraynada baş tutub. Klip bəstəkar İsa Məlikovun mahnısına çəlilib. Klipin rejissoru Aleksey Lamaxdır. Klipdə dünyada məşhur "Digi Digi" hitinin ifaçısı İnusa Dawuda da çəkilib.
Bu, Nigar Camalın "Eurovision"dan sonra ilk işidir. Klipin bəzi hissələri artıq "YouTube"da yerləşdirilib.
"Crush on you"