Xorvatiya çimərliyində içərisində məktub olan şüşə tapılıb. Məlumata görə, bu məktub 1985-ci ildə Kanadadan göndərilib. Bu barədə cümə axşamı "Reuters" agentliyi xəbər yayıb.
Conatan adlı məktub müəllifi yazıda Meri adlı xanıma müraciət edərək, onu çox yaxşı adam adlandırıb.
"Meri sən çox yaxşı insansan. Mən ümid edirəm ki, biz yazışacağıq. Mən axı yazacağıma söz vermişdim. Sənin ömürlük dostun Conatan, Yeni Şotlandiya, 1985-ci il", - məktubda bildrilir. Xorvatiyada dəniz sahilində şüşəni tapan 23 yaşlı qız Conatan və Merini tapmaq ümidi ilə məktubun şəkilini "Facebook" sosial şəbəkəsindəki səhifəsində paylaşıb.
28 il ərzində məktub Kanada sahilindən Xorvatiyaya qədər təxminən 6 min kilometr məsafə qət edib.
Trend