Günün ulduz falı
28.11.2011

Qoç - Həftənin ən əsas hadisələri hələ qabaqdadır. Ona görə də sizin bu hadisələrə həm mənəvi, həm də fiziki baxımdan hazırlaşmaq üçün vaxtınız var. Əsas məsələ özünüzü çox yormamağınızdır. İşdə və ya evdə həddindən artıq yüklənməyə dəyməz.
Yadda saxlayın, sizə müsbət emosiyalar lazımdır. Bunun üçün xərc lazımdırsa, xəsislik etməyin. Bu gün özünüzə spontan alış-verişi rəva görə bilərsiniz. Kişi Qoçlar bəyəndikləri xanımı görüşə dəvət etsələr, peşman olmazlar. Amma bu bürc altında doğulan xanımlar başlarını olduqca tez itirə bilərlər.

Buğa - Uğursuz gündür. Bu gün yuxarı küncə öz maraqlarını qoyan və bu maraqlar uğrunda hər şeyə hazır olan etibarsız adamlarla qarşılaşa bilərsiniz. Ona görə də ehtiyatlılıq və ayıq-sayıqlıq çox vacibdir. Danışıqların aparılması və vacib sənədlərin imzalanması üçün əlverişsiz gündür.
Dostlar və qohumlarla dil tapmaq çətindir. Küsüşmələr (o cümlədən boş yerə) ehtimalı yüksəkdir. Emosional fon əlverişsizdir. Hər şeyi ürəyinizə salırsınız və sözün həqiqi mənasında məyus olursunuz.

Əkizlər - İşgüzar mühitdə dəyişikliklər üçün əlverişli gündür. Yeni köməkçi və müttəfiqlər axtarmaq, əməkdaşlığa dair uzunmüddətli müqavilələr imzalamaq olar. Biznesə investisiyalar məsləhət deyil. Amma özünüz üçün nəsə ala bilərsiniz. Ünsiyyət üçün əla gündür.

Xərçəng - Uğurlu gündür. Onu faydalı keçirməyə çalışın, bacardığınız qədər daha çox iş görün. Çünki tezliklə müsbət tendensiyaların təsiri azalmağa doğru gedəcək və sabah ciddi çətinliklərlə qarşılaşa biləcəyiniz istisna olunmur. Gəlirlərinizin artması, dəyərli hədiyyələr almağınız mümkündür. İş yerini dəyişmək üçün əlverişli gündür. Bununla bağlı təkliflər özünü çox gözlətməyəcək.
Şəxsi həyatda da narahatlıq üçün əsas yoxdur - hökm sürən harmoniya sizi və yaxınlarınızı sevindirəcək. Dostluq və romantik görüşlər üçün əlverişli gündür. Yeni tanışlıqlar xoş olacaq.

Şir - Karyera yüksəkliklərini fəth etmək istəyənlər üçün əla gündür. Bu gün məqsədinizə doğru çox sürətlə irəliləyəcəksiniz, nə rəqibləriniz, nə də müttəfiqləriniz sizə çata biləcəklər. Şirlər bu gün qeyri-standart qərarlar qəbul edəcək, gözlənilməz hərəkətlərlə ətrafdakıları təəccübləndirəcək və ən əsası - çoxdankı arzularına çatacaqlar.
Bürcün ailəli nümayəndələri üçün olduqca əlverişli gündür. Yaxınlarınızla qarşılıqlı anlaşma tam olacaq, çoxdandır qarşılaşdığınız problemi həll edəcəksiniz. Sevən Şirlərin nikah barədə düşünməyə əsasları olacaq.

Qız - Bürcün əksər nümayəndələrinə qayğı və problemlər gətirəcək çətin gündür. Ciddi xoşagəlməzliklərdən yayınmaq üçün bir yol var - yeni taktika naminə ənənəvi taktikadan imtina etmək. İmprovizasiya, eksperiment və risklər lazım gələcək. Yalnız bu yolla mənfi tendensiyalara və bədxahlara qarşı müqavimət göstərmək mümkündür.
Şəxsi münasibətlərdə gərginlik hökm sürəcək. Qızlar heç kəsə inanmayan, hər şeydən şübhələnən olacaqlar, yaxınlarının hisslərinin səmimiliyinə şübhə ilə yanaşacaqlar. Amma etiraf etmək lazımdır ki, bu şübhələrin heç bir əsası olmayacaq.

Tərəzi - Sizi həftənin ortalarında gözləyən yeni işlərə hazırlaşmaq üçün əlverişli olan neytral gündür. Bədxahlarınızın sizə zərər verməyə cəhd etməsi ehtimal olunmur. Hamıya aydındır ki, mövqeləriniz sarsılmazdır. Yeni müttəfiq qazana bilərsiniz. Onun sayəsində qarşınızda yeni imkanlar açılacaq.
Şəxsi münasibətlərdə mənzərə birmənalı deyil. İlk baxışdan hər şey qaydasında olsa da, sizi nəsə narahat edir. Vəziyyətdən baş çıxarmaq üçün intuisiyanızı dinləyin.

Əqrəb - Tənbəllik etməyin. Əgər bu gün diqqətinizi işə cəlb edə bilsəniz, yaxın vaxtlarda əməyinizə görə səxavətli mükafat alacaqsınız. Siz rəqiblərinizi nəinki qabaqlamaq, həm də zərərsizləşdirmək iqtidarındasınız. Maliyyə mənzərəsi əlverişlidir.
İnsanlarla dil tapa bilirsiniz. Amma rəğbət qazanmaq asan deyil. Ünsiyyətdə dəqiqlik çox vacibdir. Məhz onun sayəsində nalayiq, əyri adamlarla yaxınlaşmadan yayına biləcəksiniz.

Oxatan - İş sahəsində problemlər yaranacaq. Bu problemlər o qədər ciddi olacaq ki, bəzi Oxatanlar iş yerlərini dəyişmək barədə düşünəcəklər. Tələsməyin: diqqətəlayiq təkliflər bir qədər sonra meydana çıxacaq.
Şəxsi həyatda isə tamamilə fərqli mənzərə yaranacaq. Bu sahədə hər şey əladır. Sevinin, şənlənin, zövq alın və yaxınlarınızın əhval-ruhiyyəsini yüksəltməyə çalışın.

Oğlaq - Günün birinci yarısında bir qədər səy göstərmək lazım gələcək. Bunun mükafatı qəriblər üzərində tam, sözsüz və birdəfəlik qələbə olacaq. Bundan sonra yeni layihələr üzərində işləməyə başlamaq olar. Yeni başlanğıclar mümkün olduğu qədər uğurlu alınacaq.
Bağlılıqlarınızda o qədər də daimi deyilsiniz. Bu, şəxsi həyatınızda xoş nəticələr verə bilər. Özünüzü vədlər verməkdən saxlayın. Vədlərinizi yerinə yetirməyiniz çox çətin olacaq. Uşaqlarla ünsiyyət səbr tələb edir.

Dolça - Diqqətinizi hədəflərinizə çatmağa yönəldin. Praqmatizmin çox səxavətlə mükafatlandırılacağı gün çatıb. Gəlirlərin artması, köhnə borcların qaytarılması, mülk və maliyyə mübahisələrinin həlli mümkündür. Analitik işlər, hesabatların hazırlanması üçün əlverişli gündür.
Yaxınlarınızla münasibətlərə xüsusi diqqət ayırın. Tezliklə ciddi gərginliyə, mübahisələrə, hətta ayrılıqlara səbəb ola biləcək problemlərin səbəbkarı olmaq üzrəsiniz. Ehtiyatlılıq və nəzakət nümayiş etdirməyə çalışın.

Balıqlar - Ciddi peşəkar və maliyyə problemləri mümkündür. Rəhbərliyin qəzəbindən yayınmaq üçün hiyləgərlik nümayiş etdirməli olacaqsınız. Nüfuzlu şəxslərin dəstəyinə bel bağlamayın. Həmkarlarınızla mübahisələr gözlənilir. Öz mövqeyinizdə israr etməyiniz çətin olacaq.
Şəxsi münasibətlərdə də vəziyyət sadə deyil. Bu sahədə fantaziya və xəyallar olduqca çox, real arzuolunan dəyişikliklər isə azdır. Kiminsə sizi yanıltmağına imkan verməyin.
                                                                                                                                  Milli.Az