Şəkidə zəlzələ baş verib.
AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, zəlzələ aprelin 19-da saat 01:38-də Şəki şəhərindən 11 km cənubda qeydə alınıb.
Episentrdə zəlzələnin gücü 4 bal olub. Yeraltı təkanlar Şəki, Zaqatala, Qax və Oğuz rayonlarında 3 bala qədər hiss edilib.
Tikililərdə dağıntı yoxdur.
APA