Bakıda Məhəmməd peyğəmbərin mövludu günü münasibətilə tədbir keçirilmişdir
19.4.2013

Aprelin 18-də Türkiyənin Azərbaycandakı səfirliyinin din xidmətləri müşavirliyi Bakıda həzrəti Məhəmməd peyğəmbərin mövludu günü münasibətilə “Peyğəmbərimiz və insan oğlu” mövzusunda tədbir keçirmişdir.
Əvvəlcə hər iki qardaş ölkənin dövlət himnləri səslənmişdir.
Daha sonra Qurani-Kərimdən ayələr oxunmuş, Peyğəmbərin həyatından bəhs edən videoçarx nümayiş etdirilmişdir.
Türkiyənin ölkəmizdəki səfiri İsmayıl Alper Coşkun, səfirliyin din xidmətləri müşaviri Sadık Eraslan, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müşaviri Fuad Nurullayev, Milli Məclisin deputatı Qənirə Paşayeva və başqaları Peyğəmbərin mübarək həyatından, İslami dəyərlərdən danışmış, mövlud günü münasibətilə bütün müsəlmanları təbrik etmişlər.
Tədbir ziyafətlə davam etdirilmişdir.

AzərTac