Azərbaycanın Gəncə şəhərində zəlzələ olub. Bu gün Gəncədə baş verən zəlzələnin maqnitidası 4 bal, dərinliyi 10 km olub.
Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən xəbərə görə, zəlzələ saat 11.13-də Gəncədən 22 km şimalda qeydə alınıb.
Zəlzələ Gəncədə 3 bala qədər hiss olunub.
APA