Aprelin 22-də Azərbaycan Teatr Xadimləri İttifaqında ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və teatr” mövzusunda elmi-praktik konfrans keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin mədəniyyət xadimləri ilə görüşlərini əks etdirən fotosərgi ilə tanış olmuşlar.
Respublikanın görkəmli teatr xadimlərinin, mədəniyyət və incəsənət nümayəndələrinin iştirak etdikləri tədbirdə müxtəlif mövzularda məruzələr dinlənilmişdir.
AzərTAc