Bakıda “No Smoking” film festivalı gerçəkləşəcək.
31 May - Beynəlxalq Tütün Əleyhinə Müdafiə Gününə həsr olunan festivalla bağlı mətbuat konfransı keçiriləcək.
Siqaret əleyhinə çəkiləcək filmlərin müsabiqəsi çərçivəsində silsilə sosial aksiyaların gerçəkləşdirilməsi də düşünülüb. Təşkilatçı qismində daim siqaret əleyhinə mübarizə aparan xalq artistimiz Brillyant Dadaşova da iştirak edir.
Festivalın bu yaxınlarda genış kütləyə təqdim olunacaq videoçarxda siqaretdən istifadə etməyən məşhurlar - Flora Kərimova, Murad Dadaşov, Brilliant Dadaşova, Həmidə Ömərova, Eldar Qasımov, Sabina Babayeva, Elnarə Xəlilova, Firdovsi Atakişiyev, Azəri qızı Günel, Elnur Məmmədov, Hüsniyyə Məhərrəmova, Aytən Səfərova, Səxavət Nur, Feliks Vişnevetski, Elza Seyidcahan və başqaları çəkilib.
Gün.Az